Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2023 , 08:18

3567

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Nizami rayonunda dəyirmi masa keçirilib

Nizami rayonunda dəyirmi masa keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 19 aprel 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı: İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda “WyndhamGardenBaku”da dəyirmi masa keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Sahibkarları Milli Konfederasiyasının,Dövlət Məşğulluq Agentliyinin, KOBİA-nın rəsmi nümayəndələri və sahibkarlar iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı: İqtisadiyyatın inkişafında sahibkarlığın rolu”  adlı videoçarx nümayiş olunub.

Tədbiri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkə iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.

Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Respublikamızda kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmiş, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası yaradılmış, bu sahədə bir sıra dövlət proqramları qəbul olunmuş, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi təşkil edilmişdir. Ulu Öndərin ölkəmizdə azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü tədbirlər öz müsbət təsirini göstərmiş və özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artmışdır.

Xüsusilə vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, sahibkarlığın inkişafına xidmət edən iqtisadi və sosial islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.

Tədbirdə həmçinin Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva, Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Sahibkarları Milli Konfederasiyasının üzvü, “TunaPrintingPublishing” şirkətinin təsisçisi Rəşid Çulaqov, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev, Azərbaycan Quş Əti və Yumurta İstehsalçıları və İxracatçıları  Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənlivə "Bakı İnşaat Sənaye" ASC-nin direktoru Ramiz Əhmədov iqtisadiyyatın inkişafında sahibkarlığın rolu ilə bağlı müxtəlif mövzularda çıxış ediblər.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər