Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-04-2023 , 17:24

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə naziri Sabirabadda vətəndaşları qəbul edib

Aprelin 11-də ədliyyə naziri Fikrət Məmmədov Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda hər bir vətəndaş diqqətlə dinlənilərək, müraciətləri ilə bağlı  aidiyyəti tapşırıqlar verilib. Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə xüsusi həssaslıqla yanaşılaraq qayğıları ilə maraqlanılıb.Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə görüşüb.Görüşdə nazir “Heydər Əliyev İli” çərçivəsində ədliyyə orqanlarında və məhkəmələrdə Ümummilli Liderin zəngin irsinə həsr olunan çoxşaxəli tədbirlərin keçirildiyini vurğulayıb, Ulu Öndərin ideya və amallarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatları qeyd edərək qarşıda duran vəzifələrə toxunub, müvafiq tapşırıq və tövsiyələr verib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

"Məhv olmuş ömür. Narkotikə YOX de!” 

Gündəlik Xəbərlər
04-10-2023

Yasamal rayonunda Anım Günü qeyd   edilib

Gündəlik Xəbərlər
29-09-2023

Səbail rayonunda Anım günü qeyd edilib

Gündəlik Xəbərlər
28-09-2023