Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi icra olunmuşdur -BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Bildiyimiz kimi, Azərbaycan hər zaman qonşu dövlətlətin diqqət mərkəzində olmuş, öz zəngin təbiəti və mədəni irsi ilə zəngin olmuşdur. Elə buna görə də, zaman-zaman düşmən hücumlarına məruz qalmışdır. Azərbaycan xalqının ən böyük düşməni qonşu bildiyi, öz evinin qapılarını üzünə açdığı erməni xalqı olmuşdur. Erməni işğalçıları əzəli torpaqlarımıza göz qoymuş, torpaqlarımızın 20 faizindən çoxunu işğal etmişdilər. İşğal olunan rayonlarımızdan biri də Zəngilan rayonu olmuşdur.
Zəngilan rayonu 1993-cü il oktyabr ayının 30-da erməni vandalları tərəfindən işğal olunmuşdur. Öz zəngin təbiəti, dağları, meşəsi, tarixi abidələri ilə fərqlənən Zəngilan rayonu erməni vandalları tərfindən dağıntılara məruz qalmışdır.
Zəngilan rayonunun tarixi çox uzaq əsrlərə gedib dayanır. Tədqiqatlar nəticəsində müəyyən еdilmiş məlumat və faktlar göstərir ki, rayоnun indiki inzibati ərazisində ən qədim insan məskənləri mövcud оlmuşdur. Zəngilan rayonu öz tarixi memarlıq abidələri və muzeyləri ilə məşhur olmuşdur. Şərifan Sərdabəsi, Şəhri Şərifan Məmmədbəyli Türbəsi, Yenikənd Sərdabəsi, Bartaz Qız Qalası və digər adları qeyd olunmayan abidələr Zəngilan rayonunun ən zəngin və dünyada tanınan tarixi memarlıq abidələridir.
Erməni vandalları işğal etdikləri rayonları xarabalığa çevirmişlər. Bununla bir daha necə vəhşi bir xalq olduqlarını göstərmişlər. Zəngilan rayonunda da tarixi abidələrə çoxlu ziyan dəymişdir.
2020-ci il sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən müharibədə Azərbaycan öz tarixi torpaqlarını düşmən tapdağından azad etmiş və özünü dünyaya qalib dövlət kimi tanıtmışdır. Ali Baş Komandan, Prezident İlham Əliyev və Ordumuzun gücü nəticəsində Azərbaycanın 30 il həsrətində olduğu torpaqları geri qayıtmışdı.
2020-ci il oktyabr ayının 18-də Zəngilan rayonu uğrunda başlayan döyüş müvəffəqiyyətlə başa çatmışdır. Oktyabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan şəhərinin işğaldan azad olunduğunu bildirmişdi. O gündən etibarən hər il oktyabr ayının 20-si “Zəngilan şəhəri günü” kimi qeyd edilir. Nəinki, Zəngilan digər rayonlarımızında işğaldan azad olunduğu gün tarixi gün kimi qeyd olunur.
İşğaldan azad edilmiş rayonlarımızda yeni evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində sürətli işlər gedir. 200 evin inşası bitmişdir. 30 il torpaq həsrəti ilə yaşayan rayon sakinləri artıq öz yurdlarına qayıtmağa başlamışlar. Ağalı kənd sakinləri artıq öz evlərinə köçürülmüşdür. Kənddə sakinlərin rahatlığı üçün bütün şərait yaradılmışdır. Bundan əlavə olaraq, qəsəbədə “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunmuşdur.
Bizə qələbə sevinci yaşadan möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna təşəkkürümüzü bildirirk. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.
Abdulla Məmmədov
Suraxanı rayonu Zığ bələdiyyəsinin sədri
Rəylər
0 Rəy