Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-09-2023 , 09:10

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

“Biz öz doğma torpağımızda qürurla yaşayırıq” -BƏLƏDİYYƏ SƏDRİ YAZIR

Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 26 avqust-Laçın şəhər günü münasibətilə Həkəri çayının sahilində təşkil olunan bayram tədbirlərini hər bir azərbaycanlı qürur və fərəh hissi ilə izlədi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilib. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd,Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdü. Əlbəttə ki, bu gün bütün xalqımız üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi idi. Azərbaycanın Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi mühüm siyasi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məqsədlə atılan mühüm addınlardan biri də sözsüz ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis olunmasıdır. Məhz bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib.
Avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Artıq bir ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Prezident cənab İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı söyləyib ki, istər bu gün, istərsə də 44 gün davm edən müharibədə sübut etmişik ki, bizim iradəmizə heç kim təsir edə bilməz: "Bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək,düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik". “Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq!” Dövlət başçısı bayram çıxışında dediyi kimi,“Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada,həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb,həyat qayıdıb.Hər bir laçınlı,hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır!”
Bu gün Laçın böyük bir tikinti meydançasını xatırladır. Bu gün Laçın Beynəlxalq HavaLimanının tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin təməli qoyulub, avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib. Cari ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə
yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi
əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Qazanılan zəfərdən keçən üç ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Bu günə kimi Laçında 620-i fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmənzilli bina olmaqla 700 bina inşa edilib və bu işlər davam edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Bu il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Həmçinin 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Ölkə Prezidenti İlham Əliyevin avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində “Laçın Şəhəri Günü” münasibətilə keçirilən bayram tədbirində etdiyi çıxışında dediyi kimi, Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Bu qüruru bizə bəxş edən ən önəmli səbəblərdən biri, bizim məhz ədalətli müharibə aparmağımızdır, ədaləti özümüzün öz gücümüz hesabına bərpa etməyimizdir!
K.B.Muradov
Şirvan şəhər Bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz