Hər bir millətin gəncliyi, o millətin gələcəyidir, var oluşunun qarantıdır, gücüdür, inkişafıdır. Azərbaycan gəncliyi tarixin hər səhifəsində ağır sınaqlardan çıxıb. 1918-ci ildə dövlətini qurub, savaşıb, 1937-ci ildə ağır represiyaların qurbanı olub. Bu ağır sınaqlardan üzü ağ çıxan gəncliyimizin inkişafı birliyi, savad və vətənpərvərlik ətrafında birləşməyi isə 1969-cu ildən başlayıb. Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dönəmindən. Gənclərə diqqət və qayğının təməlini qoyan dahinin ən çətin zamanlarda belə Azərbaycan gəncliyinin inkişafını ən üstə tutması, şübhəsiz Heydər Əliyevin uzaqgörən və dahiliyinin sübutu idi. Bəs hansı şəraitdə gənclər siyasətinin təməli atıldı? Hansı risqlər ilə Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafına çalışdı. Məncə ən əsas məqam burada başlayır. Tarixin ən çətin dövrlərində həyatı risqi gözə alaraq gənclik üçün addım atmaq. O dövürə sadəcə xəyalı olaraq qayıdaq. 1969-cu il. SSR-nin ən güclü dövrü kimi qiymətləndirilir. İnsan haqq və hüquqları sadəcə SSR-nin qanunları ilə tənzimlənir. Beynəlxalq qanunların isə adı çəkilmir. SSR-nin DTK isə müttəfiq respublikalarda milliyətçiliyi təbliğ edən hər kəsi ən sərt şəkildə cəzalandırır, sürgün və edamların ardı arxası kəsilmir. Bəli belə bir dövrdə rəhbərlik Heydər Əliyevə həvalə edilir. Xəyali olaraq qayıtdığımız o dövrdə Heydər Əliyevin gənclərə diqqəti və Azərbaycan üçün elədikləri onun gələcək kariyerası və ən əsası həyatı üçün hansı dərəcə də təhlükə olacağını bilərək, yüzlərlə yeni tədris ocaqlarının açılmasını təmin edir, Sovet ittifaqında fəaliyyət göstərən 170 dək Ali təhsil ocaqlarında 80 sahəni əhatə edən 150 mindən artıq gənc mütəxəssislər yetişdirilir, Ali hərbi məktəb istifadəyə verilir, Azərbaycan dili terminin əsası qoyulur. Bütün bunların hamısı həmin dövr üçün dünyanın ən nüfuslu kəşfiyyat xidməti olan SSR DTK-nın nəzarətində olan bir dövrdə həyata keçirilir. Bu sadalananların həmin dövr üçün nə demək olduğunu ata babalarımızdan dinlədikdə hər bir gənc Öndərin qarşısında baş əyir. Bəli dövrünün ən çətin vaxtlarında belə tək amalı Azərbaycan və güclü gənclik arzusunda olan Öndərin müstəqillik illərində də Azərbaycan gəncliyini, gənclər siyasətini dövlətin ən prioritet vəzifəsinə çevirir.
1989-92-ci illər. Ulu Öndərin “Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim canımdır”- ifadə etdiyi ölkəsi Sovetin dağılmaqda olan dövründə iç savaş yaşayır, müstəqqillik mübarizəsi aparır. Rus tankları Bakı küçələrində meydan sulayır, ermənilər Qarabağda misli görülməmiş qətliamlar törədir, beynəlxalq ictimaiyyət isə bunlara sadəcə səssizcə izləyirdi. Ulu Öndərin millətin gələcəyi dediyi gənclik isə qətliamların qurbanı olur, Qarabağda əliyalın düşmənin üzərinə atılır, şəhidlik zirvəsini fəth edirdilər. Gənclik diqqətdən kənarda qalmış, pərakəndə şəkildə parçalanmış, siyasi qüvvələrin əlində ölümə tərk edilmişdi. İqtisadiyyatın vəziyyəti çörək sexlərinin qarşısında uzun növbələrdən bəlli olurdu. Yaxın keçmişimiz- 1989-92-ci illər Azərbaycan gəncliyinin ümidinin qırıldığı, başsız qaldığı, gəncliyi süqut illəri kimi tariximizin ən ağrılı dövrünün ən acı xatirəsi olaraq yaddaşlarımız qaldı.
1993-cü il. Azərbaycanın dünyaya günəş kimi parıldamasının başlanğı, gəncliyin ümid işığına qovuşması ili oldu. Daima qəlbində Azərbaycan sevgisi, amalında güclü gənclik olan Lider, xalqın istəyi ilə yenidən Azərbaycanın rəhbəri oldu. Quruluşu 1969-cu ildə qoyulan Azərbaycan gəncliyinin, 1993-cü ildən dirilişi, dirliyi və birliyi başladı. Parçalanmaqda olan bir dövləti- Şimalında və cənabunda separatçı qüvvələrin silahlandığı, Qarabağda ard-arda itirilən torpaqlarımız, mərkəzdə gedən qanlı hakimiyyət mübarizəsi, vətəndaş müharibəsi. Xəyalı etməsi belə qorxunc kabusu xatırladan həmin dövrdə gənclərin ümid işığı Heydər Əliyev Azərbaycanı bir yumruq altında birləşdirərək “dəmir” yumruğun təməlini qoydu. Prezident olduğu dövrlər Azərbaycan gəncliyinin parlayan ili oldu. Bir prezident düşünün 1993-cü ildə hakimiyyətə xalqın istəyi ilə gəlir, parçalanmaqda olan bir dövləti dirçəldib və prezidentliyinin cəmi 1-ci ilində, müharibə yeni dayandığı bir vaxt da, 2 fevral 1994-cü ildəki fərmanı ilə Gənclər və idman nazirliyi yaradılır. 1 il sonra Ulu Öndər Heydər Əliyev 1995-ci ildə gənclər formunun keçirilməsi təşəbbüsünü irəli sürür, cəmi 1 il sonra 1996-cı ilin 2 fevralında Müstəqil Azərbaycanın ilk gənclər forumu keçirilir. Müharibədən təzə çıxmış, beynəlxalq aləmdə o dərəcə güclü nüfuzu olmadan, ordu quruculuğunun yeni başlanğıc dövrləri, siyasi stabilliyin yeni yeni bərqərar olduğu zaman da, öz həyatının təhlükədə olduğu bir zaman da gənclərin ilk formunu keçirmək. Bu Azərbaycan gəncliyinə verilən dəyərin, hansı hal və şəraitdə olursa olsun Ulu Öndərin gənclər siyasətinin dövlətin əsası olmasının göstəricisi idi. O elə bir dahi idi ki, Azərbaycanın bütün gəncliyinin qəlbində əbədi yaşayacaq bir sevgi yaratmışdı. Yeni inkişafa qədəm qoymuş dövrdə 2 Fevral 1997- ci ildə Azərbaycan gənclər gününü təsir edir. Bu, hər il gənclərin diqqətdə saxlanılması demək idi. 2 fevral 1997-ci il tarixli Azərbaycan gəncliyinə olan diqqət və qayğının əbədi olacağının göstəricisi idi.
“Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır".
Bu sözlərin müəllifi Ulu Öndərin hər zaman gəncliklə nəfəs alır, güclü Azərbaycanı gəncliyin quracağını bilir inanır və bu yolda çalışırdı. Bunun əyanı sübutu kimi Ulu öndərin 22 iyun 1996-cı ildəki “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” fərmanı ilə savadı, yüksək intelektə malik vətənpərvər gəncliyi bir başa dövlətin qayğısı ilə inkişafına şərait yaradır. Gəncliyin hər zaman mədəniyyət və yaradıcılıq sahəsində daimi inkişafı çalışan Öndər 6 dekabr 1999-cu ildə “Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında” fərmanı ilə gəncliyin bütün sahələrdə inkişafını dövlət təminatına alır. Bu həmin dövrlərin çətin şəraitində gəncliyə olan böyük ümidin və inkişafın göstəricisi idi. Bu diqqət və qayğının nəticəsini bu gün müstəqil Azərbaycanın bütün gəncliyi bəhrələnir. Dünyanın ən nüfuzlu universitetlərində azərbaycanlı tələbələr müasir innovativ texnologiyaları öyrənir, kadr islahatlarında gənclər ən yüksək vəzifələrə gətirilir. Ulu Öndərin gənclik siyasətinin təməlini elə qoymuşduki, 30 ilə yaxındır istehkam quran düşməni 44 gündə məhv etdi o gənclik. Azərbaycan gəncliyinidə özünün bilik və bacarıqlarını mənimsəmiş, 200 ildən sonra Azərbaycan torpaq bütünlüyünü bərpa edən müzəffər Ali baş komandana həvalə etmişdir. Xalq Ulu Öndərin çağırışına dəstək olaraq 2003-cü ildə İlham Əliyevi dəstəklədi. Azərbaycan gəncliyi yeni və daha sürətli inkişaf mərhələsinə keçdi. İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan gəncliyi özünün ən güclü inkişaf və dinamik dövrünü yaşayır. Bundan sonra gələcək nəsillər belə hər zaman Ulu Öndəri gəncliyin atası olaraq xatırlayacaq, dərin hörmət və ehtiramla yad edəcəkdir.
Ümummilli lider Heydər Əliyev,
Gənclərin qəlbində əbədi yaşayacaq, gəncliyin qürur yeri, qəlblərimizdə əbədi imzası ilə gələcəyimizə işıq olacaq...
Rəylər
0 Rəy