Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-07-2023 , 17:22

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

Bələdiyyənin inzibati ərazisində ekoloji vəziyyət, o cümlədən yaşıllıqlarının vəziyyəti daim diqqət mərkəzindədir


Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmiş,  hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və həmin məsələlərin icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən  yarımil ərzində 9 ümumi iclas keçirilərək 68 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olmuşdur. Əlbəttə ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib, real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyicilərinə mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Ödənilmiş vergilər və  rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. 2023-cü ilin 6 ayı ərzində bələdiyyə büdcəsinə 71912 manat gəlir daxil olmuş, xərclər 72176 manat  təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan-torpaq icarəsindən 4500_və torpaq vergisindən- 5100_ manat əmlak vergisi- 62312 manat daxil olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-20712 manat, DSMF-13386  manat, bələdiyyənin saxlanmasına- 12425 manat , sosial yardımlar üzrə ödənişlər- 11753 manat, abadlıq, quruculuq təmir işlərinə 13900 manat xərclənmişdir.

Ərazidə  hesabat dövründə keçmiş Hövsan südçülük sovxozu, Donuzkökəltmə sovxozu, Ə.İsazadə küçəsi, R.Əşrəfov küçəsi, N.Abbasov küçəsi, Xəqani küçəsi, Nəsimi küçəsi, Dəmiryolçular küçəsi və sair küçələrin təmirinə və məhəllə yollarının qreyderlə hamarlanmasına, yollara şebel tökülüb yayılmasına, abadlıq, quruculuq işlərinin aparılmasına maliyyə vəsaiti ayrılmış, fevral ayının əvvəllərində qardaş Türkiyə Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ ilə bağlı büdcəmizdə nəzərdə tutulmuş sair xərclərdən yardım olunmuş, baş vermiş eyni hadisə ilə bağlı qardaş ölkəyə  yardım məqsədilə bələdiyyə işçilərinin əmək haqlarının 10 %-i tutularaq  yardım fonduna keçirilmiş, qəsəbənin R.Məmmədhüseynov küçəsində yürləşən 39-cu binanın giriş qapılarının düzəldilməsi , 8 Mart Beynəlxalq Qadınlar Bayramı, Novruz Bayramı, eləcə də Ramazan Bayramı və Qurban Bayramı münasibətilə ilə əlaqədar qəsəbədə yaşayan şəhid ailələri və qazilərin təbrik olunması ilə bağlı maliyyə vəsaiti xərclənmişdir.

Həmçinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş futbol turnirinin keçirilməsi, Binə bələdiyyəsinə məxsus 10 AZ 397 nömrəli “Ford-Fusion” markalı avomobil üçün surətlər qutusunun təmiri, bələdiyyəyə yeni printerin alınması, qəsəbədə yerləşən Xristian qəbiristanlığında nəzarəti gücləndirmək üçün kamera yerləşdirilməsi və s. işlər üçün maliyyə vəsaiti xərclənmişdir.

Ümumiyyətlə inzibati ərazidə Bələdiyyə tərəfindən yaz-yay mövsümündə təmizlik işlərin görülməsi ilə yanaşı baş verə biləcək yanğınların qarşısının alınmasına dair də işlər təşkil olunmuşdur.

Bələdiyyənin inzibati ərazisində ekoloji vəziyyət, o cümlədən yaşıllıqlarının vəziyyəti daim diqqət mərkəzindədir.

Məlum olduğu kimi–yaşıllıqlar vaxt keçdiqcə quruyur, hətta bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən müxtəlif tədbirlər görülür.

 Xəzər rayon Binə bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır. Belə ki, yarımil ərzində  vətəndaşlardan 394  müraciət daxil olmuş və məsələlərə yerində baxılmışdır.

Hesabat dövründə  ayrı-ayrı təşkilatlardan daxil olmuş 93 məktub, müraciət, sərəncam və digər sənədlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi də həyata keçirilir.

Bələdiyyədə 012 - 456-08-98 telefon nömrəsi fəaliyyət göstərməkdədir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır və lazımi tədbirlər görülür. Bayram və qeyri-iş günləri həmin telefon nömrəsi vasitəsilə növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “İctimai-Humanitar Məsələləri sektor”u ilə birlikdə əhaliyə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var. 

Qeyd edək ki, Binə bələdiyyəsi təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları, bayram münasibətilə təbrik olunmuşlar.  21 Mart Novruz bayramı münasibəti ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində yaşayan  şəhid ailələri 2023-cü ilin yarımili ərzində daim ziyarət edilmiş, ailə üzvlərinə bayram sovqatları təqdim edilmiş və əhalinin həssas qrupu tərəfimizdən daim nəzarətdə saxlanılmışdır.

 Xəzər  rayon Binə bələdiyyəsinin inzibati ərazisində yaşayan vətəndaşlara və media orqanlarına yarımillik hesabatı elan, internet saytı və.s vasitələrlə çatdırır.

H.S.Həmidov

(Xəzər rayonu Binə bələdiyyəsinin sədri     Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən 2023-cü ilin birinci yarımilində görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında  Hesabat)

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər