Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-03-2025 , 19:56

666

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

İxtiyar Nəcəfov: “Qəbula gələnlər sakinlər, bizim  həm də seçicilərimizdi, odur ki,...”

“Suraxanı rayonu Qaraçuxur bələdiyyəsində vətəndaşların qəbuluna ciddi diqqət yetirilir. Yeni formalaşan bələdiyyənin ilk iclasında da məhz bu məsələyə diqqət çəkilib” -bu fikirləri Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov bildirib.

Sədr bildirib ki, qəbula gələn sakinlər, bizim  həm də seçicilərimizdi. Odur ki, onların müraciətlərinin bələdiyyəyə  aid olub-olmamasından asılı olayaraq hər bir müraciət diqqətdə saxlanılır və həlli üçün addım atılır.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri VüqarTofiqlinin  iştirakı  ilə keçirilən qəbulda səkkiz  nəfərə yaxın sakin qəbul edilib, müraciətləri dinlənilib.

Bələdiyyənin inzibati binasında baş tutan qəbul zamanı bələdiyyə sədri vətəndaşları  narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib  həlli ilə bağlı öz tapşırıq və tövsiyələrini verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

Sədr qeyd edib ki, artıq bələdiyyələrin fəaliyyətinin yeni dövrü başlayır. Bu zaman kəsiyində bələdiyyənin üzv və qulluqçularının daha fəal olması və müraciətlərə daha diqqətlə yanaşması  tələb olunur.

Qəbuldan sonra bələdiyyənin hüquq komissiyasının sədri  Rəşad Rzayevin iştirakı ilə bələdiyyənin son beş ildəki fəaliyyətinə qısa bir nəzər yetirildi.  Müzakirədə bələdiyyənin son beşildəki fəaliyyəti ilə bağlı hesabat xarakterli videorolikin hazırlanması da qərara alınıdı.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz