Nizami Bələdiyyəsi "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirib
“"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Nizami Bələdiyyəsində xüsusi proqram hazırlanıb”- bu fikri Belediyye.infoya Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib.
Sədrin sözlərinə görə, həmrəylik ili çərçivəsində həyata keçirilən layihələr sırasında əsas diqqət rayon ərazisində ağacəkmə aksiyalarının keçirilməsinə yönəldilib.
Bu günlərdə tədbirlər planına uyğun olaraq rayonun Heydər Əliyev prospektində və bələdiyyənin inzibati binasının qarşısından keçən B. Nuriyev küçəsi 10 a ünvanlarında ağacəkmə aksiyaları keçirilib.
Sədr bildirb ki, "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Nizami Bələdiyyəsinin kollektivi olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası qeyd edilən ərazilərə ağac tingləri və gül kolları əkilib.
Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri aparılaraq, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara da aqrotexniki qaydada qulluq göstərilib.
Belediyye.info
Rəylər
0 Rəy