Təbriz Ağayev: “Bələdiyyə tərəfindən qəsəbədə genişmiqyaslı abadlıq və asfaltlama işləri həyata keçirilib”
“Xəzər rayonu, Buzovna qəsəbəsində vətəndaşların rahatlığının təmin edilməsi və qəsəbədaxili yolların infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti addım atılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədr müavini Təbriz Ağayev deyib.
Sədr
müavini qeyd edib ki, "Şəhərsalma və
Memarlıq İli" çərçivəsində Buzovna bələdiyyəsi tərəfindən qəsəbənin 273-cü
küçəsində genişmiqyaslı abadlıq və asfaltlama işləri həyata keçirilib.
Görülən işlər çərçivəsində sözügedən küçədə ümumilikdə 1300
kvadratmetr əraziyə yeni və keyfiyyətli asfalt örtüyü çəkilib. Layihə çərçivəsində
ərazidə öncə hazırlıq, hamarlama və torpaq bərkitmə işləri aparılıb, ardından nəqliyyatın
və piyadaların rahat, təhlükəsiz hərəkətini təmin edəcək müasir yol örtüyü
salınıb.
Sədr müavini bildirib ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində qəsəbənin estetik görünüşünün yaxşılaşdırılması, sakinlərin məişət şəraitinin yüksəldilməsi və yol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər bundan sonra da mərhələli şəkildə davam etdiriləcək.
Belediyye.info
Rəylər
0 Rəy