Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-04-2026 , 20:56

114

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: “Bələdiyyə-icra münasibətlərinin tənzimlənməsində Qabil Vahidovun rolu danılmazdır”

Səbail bələdiyyəsində rayon bələdiyyə rəsmilərinin iştirakı ilə Səbail RİH-başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidovun yubileyi münasibətilə görüş keçirilib.

Görüşdə bələdiyyənin sədri Hacı Əliyev, sədr müavini Səmədağa Aslanov,  Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov, sədr müavini Samir Məmmədov, Səbail bələdiyyəsinin üzv və qulluqçuları, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli iştirak ediblər.

Görüşdə bələdiyyənin sədri Hacı Əliyev yubilyarı təbrik edərək, rayonda bələdiyyə-icra münasibətlərinin formalaşmasında və hazırda təcrübəsi yayıla biləcək bir səviyyəyə çatmasında Qabil Vahidovun xüsusi rolu olduğunu qeyd edib. Son on ilə yaxın bir müddətdə Səbail bələdiyyəsinin əldə etdiyi uğurlarda rayon icra hakimiyyəti başçısının xüsusi dəstəyi olduğunu qeyd etməklə, yanaşı  bələdiyyə-icra münasibətlərinin tənzimlənməsində Qabil Vahidovun da rolu danılmazdır. Onun Vətəninə, dövlətinə, rayon sakinlərinə və  35-il çalışdığı icra hakimiyyəti strukturuna daim sədaqətlə xidmət etdyini qeyd edən sədr  görüşdə bələdiyyənin inkişafında göstərdiyi dəstəyə və yubileyi münasibətilə  bələdiyyə iclasının qərarı ilə  Qabil Vahidovun  “Fəxri Fərman”la təltif edildiyini bildirdi.

Görüşdə iştirak edən Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov, Badamdar bələdiyyəsinin sədr müavini Samir Məmmədov,  Səbail bələdiyyəsinin komissiya sədrləri Validə Həsənova və Manat Talıbov, bələdiyyə qulluqçularından Xatun Kərimova, Anar Əhmədov, Hüsyn Qurbanov çıxış edərək öz fəaliyyətlərində, xüsusəndə  kadr kimi yetişmələrində  Qabil Vahidovun daim mənəvi dəstəyini hiss etdiklərini qeyd ediblər. Bu gün rayonda formalaşan bələdiyyələrin üzləşdikləri problemlərin operativ şəkildə həllində, bələdiyyələrin sakinlər qarşısında çəki və nüfuzunun artmasında Qabil Vahidovun təcrübəli dövlət qulluçusu olaraq xidmətləri danılmazdır.

Görüşdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli  çıxışında bələdiyyələrin inkişafında əsas aparıcı istiqamətlərdn biri də bələdiyyə-icra münasibətlərinin bu gün  düzgün şəkildə qurulmasından çox asılı olduğunu qeyd edib. Səbail rayonu azsaylı rayonlardandır ki, bu rayonda bələdiyyə-icra münasibətləri son on ildə  elə bir səviyyədə qurulub ki, artıq  qazanılan bu  təcrübənin paylaşmaq vaxtı çatıb. Bu münasibətlərin tənzimlənməsində RİH-in məsul şəxsi olaraq Qabil Vahidovun üzərinə böyük bir məsuliyyət yükü düşüb. Xoş bir haldır ki, bu məsuliyyətli yükü bü günədək üzərində daşıyaraq onu belə yüksək səviyyəyə çatdırmağı yaılnız dövlətinə sədaqətlə xidmət etməyi özünə şərəf hesab edən Qabil Vahidov kim bacarıqlı dövlət adamı bacara bilərdi.

Çıxış edən natiqlərin hər biri şərəfli  ömür yolu keçmiş Qabil Vahidova can saglığı və  bundan sonra da Vətəninə, dövlətinə sədaqətlə xidmət etməyi arzu etmişlər.

Sonda Səbail bələdiyyəsinin sədri Hacı Əliyev yubilyarı bir daha  təbrik edərək bələdiyyənin ona “Fəxri Fərman”ı təqdim edib.  

Yekun oalraq çıxış edən Qabil Vahidov Səbail bələdiyyələrinin onun fəaliyyətinə verdikləri qiymətə görə təşəkkürünü bildirərək, bundan sonra Vətəninə və dövlətinə xidmətini layiqincə davam etdirməklə yanaşı, həm də bələdiyyə-icra münasibətlərinin daha da inkişaf etməsi üçün var qüvvəsi ilə  çalışacağını bildirib.

Görüş çay süfrəsi ətrafında başa çatıb.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər