Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-03-2026 , 14:43

577

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təbriz Ağayev: “Buzovna bələdiyyəsi şəhər mühitinin inkişafında fəal iştirak edir”

“"Şəhərsalma və Memarlıq İli" çərçivəsində ölkənin müxtəlif bölgələrində abadlıq və quruculuq işləri geniş vüsət alıb. Bu prosesdə Buzovna bələdiyyəsi də fəal iştirak edərək yaşayış məntəqələrinin inkişafına yönəlmiş müxtəlif yerli əhəmiyyətli layihələr həyata keçirir” bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədr müavini Təbriz Ağayev deyib.

Sədr müavininin sözlərinə görə, bu gün  bələdiyyə tərəfindən qəsəbənin  küçə və məhəllələrin abadlaşdırılması, yaşıllıq zolaqlarının artırılması, park və istirahət zonalarının yaradılması istiqamətində işlər aparılır. Həyata keçirilən tədbirlər qəsəbənin memarlıq simasının yaxşılaşdırılmasına və sakinlər üçün daha rahat yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.

Buzovna bələdiyyəsi tərəfindən həyata keçirilən layihələrdə yerli sakinlərin də iştirakı təşviq olunur. Bu isə ictimai fəallığın artırılması və yerli əhəmiyyətli problemlərin daha operativ həllinə şərait yaradır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər