BƏLƏDİYYƏNİN SƏDR MÜAVİNİ GƏNCLƏRİ BELƏ TƏBRİK EDİB
Milli dəyərlərin daşıyıcısı olan gəncliyimiz:
Azərbaycan
gəncliyi milli dəyərlərə sadiqliyi, yüksək intellekti və güclü iradəsi ilə ölkənin
ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Tarixin bütün mərhələlərində
gənclərimiz Vətənə bağlılıq, mübarizlik və fədakarlıq nümunəsi göstərərək
xalqımızın inkişaf yoluna öz töhfələrini vermişlər.
Müstəqil
Azərbaycanın bu günü və sabahı məhz sağlam düşüncəli, bilikli və təşəbbüskar gənclərin
fəaliyyəti ilə formalaşır. Dövlət gənclər siyasətinin əsas məqsədi də gənclərin
potensialının üzə çıxarılması, onların təhsil, elm, mədəniyyət və ictimai həyatın
bütün sahələrində fəal iştirakının təmin edilməsidir. Bu istiqamətdə həyata
keçirilən məqsədyönlü proqramlar gənclərin öz bilik və bacarıqlarını
reallaşdırmasına geniş imkanlar yaradır.
Azərbaycan
gəncliyi milli-mənəvi dəyərləri qorumaqla yanaşı, müasir çağırışlara da
açıqdır. Onlar qloballaşan dünyada milli kimliyini itirmədən, müasir düşüncə tərzi
ilə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Xüsusilə 44 günlük Vətən
müharibəsi zamanı gənclərimizin göstərdiyi şücaət və qəhrəmanlıq Azərbaycan gəncliyinin
vətənpərvər ruhunun bariz nümunəsidir.
Bu
gün gənclər yalnız ölkənin gələcəyi deyil, eyni zamanda onun bu gününü
formalaşdıran aparıcı qüvvədir. Onların fəallığı, ideyaları və təşəbbüsləri Azərbaycanın
davamlı inkişafının əsas dayaqlarından biridir. Milli maraqlara sədaqət, dövlətçiliyə
bağlılıq və güclü iradə Azərbaycan gəncliyini fərqləndirən başlıca keyfiyyətlərdir.
Ulu
Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə
tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən
Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti
dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü
inkişafının əsas istiqamətlərindəndir.
Bu
gün və sabah Azərbaycan gəncliyi tarixi ənənələrə söykənərək müasir inkişaf
yolunda inamla irəliləyir. Bu gənclik ölkəmizin qüdrətinin, milli birliyinin və
parlaq gələcəyinin əsas təminatçısıdır.
Əziz
Gənclər! Sizə uğurlar, parlaq gələcək və Vətən naminə yeni nailiyyətlər
arzulayıram.
2
fevral Gənclər Gününüz mübarək!
Paylaşdığım
foto şəkillərdə tərəfimdən ötən 2022-2024 cü illər ərzində praktika rəhbəri
olduğum müddətdə Nizami bələdiyyəsində tələbələrin istehsalat təcrübəsi zamanı
gənclərin cəmiyyətə inteqrasiyası, ictimai fəallığının artırılması və vətənpərvərlik
ruhunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edən lahiyələr həyata
keçirilmişdir. Bu cür təşəbbüslər tələbələrin həm peşəkar, həm də mənəvi
baxımdan inkişafı üçün önəmlidir,gələcəkdə dövlətinə və xalqına bağlı, məsuliyyətli
gənc nəslin formalaşmasına xidmət edir.
Yeganə
Abbasova
Bakı
şəhər Nizami bələdiyyəsinin sədr müavini.
Rəylər
0 Rəy