Biləcəri bələdiyyəsində “Dəmir yolu işçilərinin peşə bayramı” ilə bağlı təbbir keçirilib
Binəqədi rayonu Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə bələdiyyənin inzibati binasında “Dəmir yolu işçilərinin peşə bayramı” ilə əlaqədar bir qrup dəmir yolu işçiləri ilə görüş keçirilib. Tədbirdə millət vəkili Səbinə Xasayeva, Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov, sədr müavini Osman Qasımov, Biləcəri qəsəbəsi ərazisində fəaliyyət göstərən dəmir yol idarəsinin əməkdaşları, rayon ağsaqqaları və bələdiyyə əməkdaşları iştirak etmişdir.
Tədbiri açıq elan edən, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov çıxışında hər qəsəbənin bir amil ilə fərqləndiyini, Biləcəri qəsəbəsinin isə məhz dəmiryolu ilə fərqləndiyini ifadə etmişdir. Daha sonra, F.Cəfərov əraizisinin əksəriyyətini dəmiryolçu sakini təşkil edən qəsəbəni hər kəs tərəfindən dəmiryolçu şəhərçiyi kimi tanındığını da qeyd etmişdir.
Təbii ki, bu sahənin inkişafında dövlətimiz tərəfindən həyata keçirilən siyasətin hər zaman xüsusi rolu vardır. Ümummilli lider Heydər Əliyev hər zaman öz fəaliyyəti dövründə Azərbaycan dəmiryolçularına daima diqqət göstərmiş və önəm vermişdir. Bu, siyasətin davamı olaraq İlham Əliyev tərəfindən 2009-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılması, günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən nəqliyyat sisteminin inkişafına mühüm töhvə vermişdir.
Bundan əlavə, ölkə rəhbəri tərəfindən imzalanan 6 iyul 2010-cu il tarixində “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar sərəncama əsasən, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, habelə, sərnişin və yüklərin daşınması sahəsində səmərəli fəaliyyəti davam etdirildiyi F.Cəfərov tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Daha sonra, tədbirdə çıxış edən millət vəkili Səbinə Xasayeva ölkəmizdə gedən böyük quruculuq işlərindən danışarkən Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandıraraq, Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verdiyini qeyd etmişdir. 145 il bundan əvvəl yaranan Azərbaycan dəmir yolunun 13 oktyabr 1955-ci ildən müstəqil dəmir yolu kimi fəaliyyət göstədiyini ifadə edən S.Xasayeva ölkə rəhbərliyi tərəfindən bu günü dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edilərkən məhz bu tarixin əsas götürülərək, 7 oktyabr 2005-ci ildə “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalandığını bildirmişdir. Həmçinin, S.Xasayava tərəfindən sərəncama uyğun olaraq, hər il oktyabrın 13-ü Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu və ölkə başçısı tərəfindən dəmiryolçuların mütəmadi olaraq ali dövlət mükafatları ilə təltif edildiyini ifadə etmişdir.
Bundan əlavə, S.Xasayeva, Azərbaycanın qazandığı tarixi Zəfərdən, bu Zəfərin davamı kimi quruculuq işlərindən, qayıdışdan, dəmiryolçuların quruculuq işlərinə verdiyi töhfədən bəhs etmişdir.
Həmçinin, deputat S. Xasayeva bütün tədbir iştirakçılarını dəmir yolu işçilərinin qarşıdan gələn peşə bayramı günü münasibətilə ürəkdən təbrik etmişdir. Tədbir gedişatında çıxış edən, Biləcəri bələdiyyəsinin sədr müavini, “Tərəqqi” medalı ilə təltif olunmuş fəxri dəmiryolçu Osman Qasımov, “Şöhrət “ordenli fəxri dəmiryolçu Nazim Abbasov, fəxri dəmiryolçular Ovçu Səfərov, Məmməd Osmanov, Əlibala Hacıyev, Babaş Babayev, Məzahir Lətifov,Seyran Əliyev və digər¬ləri çixış edərək ölkədə gedən möhtəşəm quruculuq işlərinə, dəmiryolçulara göstərilən diqqətə və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minətdarlıqlarını bildirmişdirlər.
Tədbir sonunda, F.Cəfərov tərəfindən Azərbaycan Dəmir Yolları QSC-ti YDP-nin Biləcəri stansiyasının rəis müavini Məmməd Osmanov, Biləcəri Lokomotivlərinin İstismar Deposunun rəisi Zaur Abbasov, Şimal Vaqon İstismar Deposunun rəisi Elzamin Məmmədov təşəkkürnamələr təqdim edildikdən sonra, görüşdə iştirak edən dəmiryolçuların müraciətləri dinlənilmiş qaldırılan məsələlərin bir qismi qa¬nun-vericiliyin tələblərinə müvafiq olaraq yerində həllini tapmış, digərləri isə aidiyyəti qurumlara yönləndirilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy