Ramil Hüseynli: “Vergi daxilolmalarındakı bu artım...”
“Sahil bələdiyyəsi tərəfindən görülən məqsədyönlü tədbirlər nəticəsində ötən ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövrü ərzində əmlak və torpaq vergilərinin yığımında artım müşahidə olunmuşdur”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ramil Hüseynli deyib.
Büdcə
daxilolmalarını müqayisəli şəkildə təhlil edən sədr bildirib ki, ötən ilin 9
ayı üzrə əmlak vergisi 39.633 manat, torpaq vergisi 16.089 manat, icarə haqqı
isə 4.200 manat təşkil etmişdir. Cari ilin 9 ayı ərzində isə əmlak
vergisi 64.380 manat, torpaq vergisi 16.408 manat, icarə haqqı isə 6.200 manat
olmuşdur. Ötən illə müqayisədə əmlak vergisində 24.746 manat, torpaq vergisində
318 manat, icarə haqqından daxilolmalarda isə 2.000 manat artım qeydə
alınmışdır.
Sədr
qeyd edib ki, əhalinin maarifləndirilməsi, vergi ödəyiciləri ilə mütəmadi
əlaqələrin qurulması, məlumatlandırma və izahat işlərinin gücləndirilməsi nəticəsində
vətəndaşların vergi öhdəliklərinə daha məsuliyyətlə yanaşmaları təmin
edilmişdir. Vergi
daxilolmalarındakı bu artım bələdiyyənin maliyyə imkanlarının genişlənməsinə,
eləcə də qəsəbə ərazisində abadlıq, infrastruktur və sosial layihələrin daha səmərəli
həyata keçirilməsinə şərait yaratmışdır.
Bələdiyyə
gələcəkdə də şəffaf və effektiv vergi idarəçiliyi prinsiplərinə əsaslanaraq, əhalinin
maarifləndirilməsi və könüllü vergi ödəmələrinin artırılması istiqamətində fəaliyyətini
davam etdirməyi qarşıya məqsəd qoyur.
Belediyye.info
Rəylər
0 Rəy