Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-10-2025 , 19:08

996

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nigar Məmmədova: “Sakinlərin yerli özünüidarəetmə orqanına inamları  artıb”


“Xocəsən bələdiyyəsi mütəmadi olaraq sosial -iqtisadi  məsələlərin həllində fəallıq göstərməklə, seçicilərinin etimadını qazanmağa, onlara mənəvi və maddi dayaq olmaqla  bir çox problemlərin aradan qaldırılması istiqamətində işlərini davam etdirməkdədir”- bunu Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Nigar Məmmədova deyib. 

Sədr qeyd edib ki, məhz bu səbəbdən sakinlərin yerli özünüidarəetmə orqanına inamları  artıb. Artıq əhalinin  bir çox sosial problemlərin həllində bələdiyyəyə üz tutur, ondan kömək umurlar.

Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə sakinlərımızın  növbəti müraciətlərini nəzərə alaraq, Xocəsən bələdiyyəsi Sulutəpə qəsəbəsinin Yovşanlı küçəsinə asfalt  örtüyünün çəkilməsi üçün aidiyyatı qurumla müqavilə bağlanılması haqqında qərar qəbul etmiş və qərarın icrasına başlanılmışdır. Həmçinin, Sulutəpə qəsəbəsi 20 Yanvar küçəsinin bir hissəsi və Əskipara küçəsi, 1-ci döngə ünvanında yaşayan sakinlərin müraciətinə əsasən sözügedən ünvanda küçə işıqlarının yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, küçə işıqlarının bərpası işlərinə başlanılmışdı.

Yaxın günlərdə layihənin başa çatdırılması nəzərdə tutulur.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər