Adil Xudadatov: “Əgər biz bələdiyyəni işlək bir mexanizmə çevirmək istəyiriksə, onun üzləşdiyi problemlərin həllinə də hər birimiz öz töhfəmizi verməliyik”
“Nazirlər Kabineti tərəfindən “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək
və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” ilə bağlı qərarın təsdiq
edilməsi bütovlükdə bələdiyyə sisteminə göstərilən növbəti bir diqqətdir.
Bundan əvvəl isə dövlət başçısının
imzası ilə təsdiq edilən dəyisikliyə
əsasən bələdiyyələrin vahid informasiya sisteminin qanunvericiliklə dövlət
informasiya sistemi kimi müəyyənləşdirilməsi yerli özünüidarəetmə orqanlarının
fəaliyyətinin səmərəli təşkili və bələdiyyə idarəçiliyinin rəqəmsallaşdırılması
baxımından çox mühüm addımdır” - bu fikirləri Belediyye.infoya Sumqayıt bələdiyyəsinin
sədri Adil Xudadatov deyib.
Adil Xudadatov
bildirib ki, təsdiq edilən qərarın icrası nəticə etibari ilə bələdiyyələrin
yerlərdə çəki və nüfuzunun artmasına öz müsbət təsirini göstərmiş olacaq. Xatırladaq
ki, son bir neçə il ərzində bələdiyyələrin
büdcə gəlirlərinin artırılması, üzləşdikləri problemlərin həlli ilə bağlı
Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun danılmaz xidməti vardır. Məhz bələdiyyələrlə
iş sektorunun təşəbbüsü ilə BAMS
proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya
edilməsi həyata keçirilmiş, o cümlədən BAMS-proqramı dah da təkmilləşdirilmişdir.
Etiraf edilməlidir ki, Azərbaycan Bələdiyyələrinin Milli
Assosiasiyası və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin təşkilatçılğı ilə həyata
keçirilən bu layihələr bələdiyyələrin üzləşdiyi problemlərin həllinə həm də təkan
verməkdədir.
Ancaq o da etiraf edilməlidir ki, bələdiyyələrin əmlakla
bağlı həllini gözləyən bir sıra ciddi məsələləri
də vardır. Ötən ildən icrasına start verilən
əmlakın qiymətləndirilməsi ilə bağlı proseslərdə süni şəkildə yaradılan
problemlərin mövcudluğu, bələdiyyə mülkiyyətinin tanıtdırılması ilə bağlı
problemlərin olmasını müvafiq qurumların özləri də etiraf edir. Bu günədək
mülkiyyətə əmlakın və torpağın verilməməsi, xəritələrin təsdiq edilməməsi bütün
bələdiyyələri narahat edən məsələlərdəndir. Məhz xəritələrin təsdiq edilməməsi
səbəbindən bələdiyyələrə reklam və avtomobil dayanacaqlarından daxil olan ödənişlərin
səviyyəsi az qala sıfıra bərabərdir. Əgər biz bələdiyyənin işlək bir mexanizmə
çevirmək istəyiriksə, onun üzləşdiyi problemlərin həllinə nail olmalı, hər
birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik. Bununla da bələdiyyənin büdcə gəlirlərinin
artırmaqla həm də vətəndaş məmnunluğunun təmin edilməsinə yardımçı oluruq.
Belediyye.info
Rəylər
0 Rəy