Şəki regional ədliyyə idarəsi Oğuz, Qax, Zaqatala və Balakən bələdiyyələri ilə növbəti seminar-təlim keçirib
21 noyabr-11 dekabr tarixlərində Şəki regional ədliyyə idarəsi tərəfindən idarənin ərazi yurisdiksiyasına daxil olan Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən bələdiyyələrin qulluqçuları üçün müxtəlif mövzuları əhatə edən 4 seminar-təlim keçirilib.
Seminarlarda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik pozuntular və onların qarşısının alınması”, “Yerli özünüidarəetmə sahəsində şəffaflığın və hesabatlılığın artırılmasında, korrupsiya hüquqpozmalarının qarşısının alınmasında müasir informasiya resurslarının əhəmiyyəti” və “Bələdiyyələrdə maliyyə uçot işinin qanunvericiliyin tələbləri çərçivəsində qurulması və korrupsiyaya şərait yaradan halların qarşısının alınması” mövzuları ətrafında çıxışlar edilib, bu sahədə qanunvericiliyin tələblərinə dair izahlar verilib. Həmçinin tədbir iştirakçılarının mövzularla bağlı sualları cavablandırılıb və maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Rəylər
0 Rəy