Qarabağ regional ədliyyə idarəsi növbəti seminar keçirib
Qarabağ regional ədliyyə idarəsi tərəfindən cari ilin 12 dekabr tarixində Ağdam rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri üçün növbəti seminar keçirilib.
Tədbirdə çıxış edən Qarabağ regional ədliyyə idarəsinin rəisi tərəfindən “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 18 oktyabr 2024-cü il tarixli Qanundan irəli gələn vəzifələrin icrası, o cümlədən bələdiyyələrin iclas protokollarında video-konfrans rejimində və ya hibrid rejimdə keçirilən iclasların, bələdiyyə sədri olmadıqda iclasa sədrlik edənlərin seçilməsinin həmin protokollarda qeyd edilməsi üsulları, həmin Qanunun tətbiqi ilə bağlı görülməli olan tədbirlər, habelə “İnformasiya əldə etmək haqqında”, “Vətəndaşların müraciətləri haqqında” və “İnzibati icraat haqqında” qanunların bələdiyyələr tərəfindən tətbiqi üsul və vasitələri haqqında tədbir iştirakçılarına məlumat verilib.
Seminarda bələdiyyə fəaliyyətinin müxtəlif sahələri ilə bağlı yerli özünüidarəetmə orqanlarının rəhbərlərini maraqlandıran hüquqi məsələlərə dair suallar cavablandırılıb, qanunvericilik aktlarından çıxarışlar bələdiyyə sədrlərinə paylanılıb.
https://belediyye.gov.az/news/qarabag-sem
Rəylər
0 Rəy