Şabran bələdiyyəsi tərəfindən yol abadlıq işləri həyata keçirilib
Şabran bələdiyyəsi tərəfindən rayonun Ş. Vahabzadə və A. Məmmədov küçələrində yolun abadlaşdırılması istiqamətində işlər görülüb.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin
olunması, küçələrin abadlaşdırılması və yol infrastrukturunun yaxşılaşdırılması
məqsədilə həyata keçirilən bu işlər bələdiyyənin yerli əhəmiyyətli məsələlərin
həlli istiqamətində fəaliyyətinin tərkib hissəsidir.
Şabran bələdiyyəsi bundan sonra da sakinlərin müraciət və
ehtiyaclarını nəzərə alaraq rayonun abadlaşdırılması istiqamətində fəaliyyətini
davam etdirəcəkdir.
Şabran bələdiyyəsi — sakinlərin rifahı və rahatlığı naminə!
Rəylər
0 Rəy