Nadir Orucov: “Büdcə vəsaitlərindən məqsədyönlü istifadə məsələləri daim diqqət mərkəzində saxlanılır”
Ağsu bələdiyyəsinin 2026-cı ilin ilk 10 ayı ərzində büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Belə
ki, 2025-ci ilin ilk 10 ayında bələdiyyə büdcəsinin gəlirləri 50 441,55 manat təşkil
etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 61 971,24 manata yüksəlib.
Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərində 11 529,69
manat və ya təxminən 22,9 faiz artım qeydə alınıb.
Büdcə
gəlirlərinin formalaşmasında əmlak və torpaq vergiləri, torpaq sahələrinin
satışından və icarəsindən əldə olunan daxilolmalar, eləcə də digər vergi və ödənişlər
mühüm rol oynayıb.
Bu
barədə Belediyye.infoya Ağsu bələdiyyəsinin sədri Nadir Orucov məlumat verib.
Sədr
bildirib ki, bələdiyyə büdcəsinin gəlirlərinin artırılması və mövcud maliyyə
imkanlarının genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə
yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi, bələdiyyə
uçotuna alınması və qanunvericiliyin tələblərinə uyğun olaraq vergiyə cəlb
edilməsi istiqamətində işlərin gücləndirilməsi nəzərdə tutulur.
Eyni
zamanda, bələdiyyə büdcəsinin 2026-cı il üzrə layihəsi müzakirə olunub. Müzakirələr
zamanı gəlir və xərclərin səmərəli planlaşdırılması, maliyyə intizamının gücləndirilməsi,
eləcə də büdcə vəsaitlərindən məqsədyönlü və səmərəli istifadə məsələləri diqqət
mərkəzində saxlanılıb.
Nadir Orucov vurğulayıb ki, Ağsu bələdiyyəsinin əsas məqsədi maliyyə imkanlarını artırmaq, yerli büdcənin gəlir mənbələrini genişləndirmək və əldə olunan vəsaitləri Ağsu sakinlərinin rifahının yüksəldilməsinə, eləcə də ərazinin sosial-iqtisadi inkişafına xidmət edən layihə və tədbirlərin həyata keçirilməsinə yönəltməkdir.
Belediyye.info
Rəylər
0 Rəy