Bələdiyyə sədri: “Yeni layihənin ilin sonunadək yekunlaşdırılması planlaşdırılır”
“Kəpəz və Nizami bələdiyyələrinin birgə təşkilatçılığı ilə Gəncə Şəhidlər xiyabanında növbəti layihənin icrasına başlanılıb”- bu barədə məlumatı Belediyye.infoya Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov bildirib.
Sədrin sözlərinə görə, Gəncə ŞİH-in təşəbbüsü ilə xiyabanın 3600 kv.metlik ərazisinə tamet üzlüklər vurulmasına başlanılıb. Bununla yanaşı ərazidə təmizlik işləri aparılmaqla dekorartiv ağac və gül kollarının da əkilməsi nəzərdə tutulur. Layihənin ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Əlavə edək ki, bundan əvvəl də Gəncə bələdiyyələri tərəfindən xiyabanda I və II Qarabağ müharibəsində şəhidlərin, həmcinin II Qarabağ müharibəsində Gəncəyə atılan raketlər zamanı həlak olan mülki vətəndaşların şəkillərindən ibarət lövhədə ən müasir üslubda düzəldilmişdi.
Sədr sonda qeyd edib ki, sakinlərin hər bir müraciətini diqqətdə saxlanılması və icrası isə maliyyə vəsaiti tələb edir. Odur ki, sakinlərlə keçirilən hər bir görüşdə onlara vergilərin vaxtında ödənilməsi zəruriəti izah edilir. Bununla yanaşı izah verilir ki, vergilərin ödənişinin ləngiməsi nəticəsində vergi ödəyicilərinə əlavə peniya (dəbbə pulu) hesablanır.
Belediyye.info
Rəylər
0 Rəy