Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-11-2024 , 22:03

651

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin fəaliyyətində YENİ DÖVRÜN BAŞLANĞICI: Seçki prosesinə qədər…

Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib. Qanuna uyğun olaraq, bundan sonra Azərbaycanın müxtəlif rayonlarında bəzi bələdiyyələr birləşərək bir bələdiyyə kimi fəaliyyət göstərəcəklər. Həmin bələdiyyələrin adları və siyahısı qanuna əlavədə qeyd olunub.

Maraqlıdır, bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması hansı zərurətdən irəli gəlib? Bu qaydada fəaliyyət nəyə hesablanıb? Bələdiyyələrin birləşməsi yolu ilə yaradılan yeni bələdiyyələr effektiv fəaliyyət göstərə biləcəklərmi? Bu addım bələdiyyələrin əsas üzləşdiyi çətinliyi, problemi aradan qaldıracaqmı? Bələdiyyələrin effektiv fəaliyyəti üçün daha hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, yeni qanunun təsdiq edilməsini Azərbaycan bələdiyyəsində yeni dövrün başlanğıcı kimi də qiymətləndirmək olar.

Onun sözlərinə görə, sözügedən qanunun təsdiqinə qədər də Azərbaycan bələdiyyəsinin inkişafı üçün dövlət tərəfindən bir sıra addımlar atılıb: “Bələdiyyələrin fəaliyyətinə dair müəyyən problemlərin aradan qaldırılması, onların maliyyə vəziyyətinin düzəldilməsi ilə bağlı bir sıra qanun, layihə, normativ-hüquqi sənədlərin qəbulu söylənilənlərə əyani misaldır. 25 ilik fəaliyyəti dönəmində Azərbaycan bələdiyəinin ən böyük uğuru cəmiyyət tərəfindən bir sturuktur olaraq tanınmasıdır. Lakin ən vacib və problemli məsələ bu qurumların müəyyən mənada çətinliklərlə mütəmadi olaraq üz-üzə qalmasıdır. Güman edirəm ki, həmin problemlərin aradan qaldırılmasına Cənab Prezidentin imzaladığı bu qanun müəyyən mənada köməklik edəcək. Həmçinin bələdiyyələrin inkişafına doğru addımlar da atılacaqdır. Nəzərə alaq ki, birləşdirilməyə düşən bələdiyyələrin böyük əksəriyyəti fəaliyyəti hiss olunmayan, borcları olanlardır. Təcrübəsizlik səbəbindən onların bu günə kimi Dövlət Sosial Müdafiə Fonduna, digər qurumlara kifayət qədər borcu yaranıb. Nəzərə alaq ki, 3-4 bələdiyyə ayrı-ayrılıqda kiçik məbləğdə maliyyə ilə hər hansı addım ata bilmir. Amma artıq o maliyyələr birləşdirildiyi halda, heç olmasa mərhələli şəkildə bəzi layihələrin icrasını həyata keçirmək mümkün olacaq. Güman edirəm ki, bu, Azərbaycan bələdiyyəsinin inkişafına təkan vermiş olacaq. Mən bu prosesin davamlı olmasını arzu edirəm. Bundan sonra da birləşdirmənin həyata keçirilməsinə ehtiyac var. Müəyyən yerlər var ki, orada bir bələdiyyənin olması daha düzgündür”.

QHT sədri vurğulayıb ki, yeni formalaşdırılacaq bələdiyyələrin borcu olmadan fəaliyyətə başlaması arzu ediləndir: “Xatırladım ki, 1999-cu ildə bələdiyyələr ilk dəfə təşkil edilərkən onların sayı 2736 idi. Sonrakı mərhələdə birləşdirmə yolu ilə say azaldılaraq 1606 oldu. İndi isə, göründüyü kimi, ölkədə 685 bələdiyyə olacaq. Yaxın müddətdə bələdiyyələrə seçkilərin elan edilməsi də gözlənilir. Düşünürəm ki, seçki prosesinə qədər müəyyən addımların atılması zəruridir. Borcla yaradılan bələdiyyə hər hansı bir layihənin hazırlanmasında, sakinin qaldırdığı problemin həlli yolunda hər hansı iş görməkdə aciz qalacaq. Ona görə də indidən dövlət öz dəstəyini göstərib həmin prosesi həyata keçirmiş olarsa, bu, bələdiyyələrin inkişafı üçün stimul sayıla bilər. Burada nəzərə alaq ki, bələdiyyələrə müəyyən dotasiya, subsidiya layihələri üçün vəsait ayrılır. Biz perspektivdə elə bir şərait yarada bilərik ki, bələdiyyələrin həmin o dotasiyaya, subsidiyaya ehtiyacı qalmaz. Təbii ki, bu, bələdiyyənin maliyyə imkanları artdıqca mümkün ola bilər. Hazırda Azərbaycan bələdiyyəsinin ümumilikdə büdcə gəliri 50 milyon manat həcmindədir. Biz elə şərait yaratmalıyıq ki, büdcə gəliri 50 milyondan 100 dəfə çox olsun. Bu da nəticədə sakinlərin, vergi ödəyicilərinin problemlərinin həllinə yönələcək”.

Nailə QASIMOVA

https://medianews.az/2024/11/26/belediyyelerin-fealiyyetinde-yeni-dovrun-baslangici-secki-prosesine-qeder


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
524

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
582

Bələdiyyələrlə bağlı bu yeniliklər olacaq - Yenilənib


Gündəlik Xəbərlər
18-10-2024
1034

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
677

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
607

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
941

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
800