Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-11-2024 , 20:05

333

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında

Şuşa rayonu üzrə 2024-cü ilin məhsulu üçün 01 yanvar 2024-cü il vəziyyətinə 1876,1 hektar sahədə əkin işləri aparılmışdır ki, ondan 1026,9 hektarında buğda, 736,8 hektarında arpa, 112,4 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir. 

2024-cü ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 30,0 hektar sahədə yazlıq arpa,  53,5 hektar sahədə tərəvəz, 6,5 hektar sahədə kartof, 40,0 hektar sahədə isə yazlıq yonca və 91,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri (57,0 hektar yemiş, 34,5 hektar qarpız)  əkilmişdir.

Beləliklə, 2024-cü ilin məhsulu üçün 2158,3 hektar əkin sahəsi vardır. Bunun 1876,1 hektarı payızlıq, 221,5 hektarı yazlıq və 60,7 hektarı  isə keçən illərdən qalmış yonca sahəsidir.

 Bundan başqa rayonumuzda 12,5 hektar bağ sahəsi vardır. 

01 oktyabr 2024-cü il tarixinə bütün əkin sahələrində məhsul yığımı başa çatdırılmışdır.

2024-cü il oktyabr ayının 01-i tarixinə 1026,9 hektar buğda sahəsindən 20538,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 899,9 sentner, yəni 78,0 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 21,0 sentner/ha olduğu halda, bu il 20,0 sentner/ha olmuşdur. 

2024-cü il oktyabr ayının 01-i tarixinə 766,8 hektar arpa sahəsindən 14569,2 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 3237,2 sentner, yəni 28,6  faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 20,2 sentner/ha olduğu halda, bu il 19,0 sentner/ha olmuşdur. 

2024-cü il oktyabr ayının 01-i tarixinə 6,5 hektar kartof sahəsindən 1023,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 618,0 sentner, yəni 152,6 faiz çoxdur. Məhsuldarlıq keçən il 150,0 sentner/ha olduğu halda, bu il 157,4 sentner/ha olmuşdur.  

2024-cü il oktyabr ayının 01-i tarixinə 53,5 hektar tərəvəz sahəsindən 10807,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 692,0 sentner, yəni 6,0 faiz az olmuşdur. Keçən il məhsuldarlıq 193,6 sentner/ha olduğu halda, bu il 202,0 sentner/ha olmuşdur. 

2024-cü il oktyabr ayının 01-i tarixinə 91,5 hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 16053,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 590,0 sentner, yəni 3,8 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq 188,6 sentner/ha olduğu halda, bu il 175,4 sentner/ha olmuşdur.

2024-cü il oktyabr ayının 01-i tarixinə 100,7 hektar yonca sahəsindən 4456,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 817,0 sentner, yəni 22,5 faiz çox olmuşdur. Keçən il məhsuldarlıq  42,1 sentner/ha olduğu halda, bu il 44,3 sentner/ha olmuşdur. 

2024-cü il oktyabr ayının 01-i tarixinə 12,5 hektar meyvə bağı sahəsi vardır ki, 01 oktyabr 2023-ci il vəziyyətinə məhsul yığımı aparılmamışdır.

2024-cü il oktyabr ayının 01-i tarixinə heyvandarlıq sahəsində rayon üzrə bütün  təsərrüfat kateqoriyalarında  5375 baş iribuynuzlu mal-qara, o cümlədən 2552 baş inək və camış, 33286 baş qoyun və keçi mövcud olmuşdur. 

01 oktyabr 2024-cü il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən  iribuynuzlu mal-qara  624 baş, yəni 13,1 faiz, o cümlədən inək və camış 235 baş, yəni 10,1 faiz artmış, qoyun və keçilər isə 1661 baş, yəni 4,8 faiz az olmuşdur.  

 2024-cü il oktyabr ayının 01-i tarixinə rayon üzrə ət istehsalı 2780,0 sentner (diri çəkidə), süd istehsalı 16820,0 sentner, yumurta istehsalı 796,0 min ədəd, yun istehsalı isə 480,0 sentner olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən ət 17,0 sentner, yəni 0,6 faiz, süd  20,0 sentner, yəni 0,1 faiz, yumurta isə 5,0 min ədəd, yəni 0,6 faiz çox olmuşdur. Yun istehsalı 60,0 sentner, yəni 11,1 faiz az olmuşdur.

2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 6912,4 min manat (o cümlədən 3423,2 min manat bitkiçilik, 3489,2 min manatı isə heyvandarlıq məhsulları üzrədir), yəni keçən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz çox olmuşdur.

Anar Xəlilov 

Şuşa Rayon Statistika İdarəsinin 

rəisi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
617

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
574

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
886

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
745

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024
715

Əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək

Gündəlik Xəbərlər
29-08-2024
1391