Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-10-2024 , 21:16

891

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

On il nəğdsiz şəkildə yığılan bələdiyyə vergilərini niyə indi “qanuniləşdirirlər”  

Mətbuat yazır ki, bəzi qanunvericilik aktlarında  bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra dəyişkiliyin edilməsi nəzərdə tutulub.  Bununla bağlı məsələlər  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  müzakirəyə çıxarılıb. Məlumatda yer alan bəzi məqamlar diqqətimi çəkdiyindən fikrimi bildirməyi özümə borc bildim.

Müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif olunan dəyişiklikdə  qanunun 3.4.1-ci maddəsinə əsasən vergilərin yığımı nağdsız qaydada həyata keçirilməsi qeyd edilir və  bu müddəanın  bələdiyyə vergilərinə də şamil olunması nəzərdə tutulur.

Məhz bu məqama əsaslanaraq bir çox media orqanları bu fikri başlığa çıxararaq "Bundan sonra bələdiyyələr vergilərini nəğdsiz şəkildə yığacaqlar" deyə yazıblar.

Mənə maraqlıdır ki, bu düzəlişi edənlərin xəbərləri yoxdur ki, bələdiyyə vergiləri 2015-ci ilin yanvar ayının birindən etibarənğdsiz şəkildə yığılır. Bununla bağlı hələ uzaq 2014-cü ilin 20 iyun tarixində "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa  11.4-cü maddə  də əlavə edilmişdir. Əlavə edilən maddə də xüsusi olaraq qeyd edilir: “ Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır."

(20 iyun 2014-cü il tarixli 1002-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 avqust 2014-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 8, maddə 955)

Beləliklə, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən, 2015-ci ilin 1 yanvar tarixindən etibarən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir.

Artıq bələdiyyələr on ilə yaxın bir müddətdir ki, vergilərini nəğdsiz şəkildə yığırlar. Maraqlıdır, bu düzəlişin belə eyforiya ilə təqdim edilməsi hansı məqsəd daşıyır. Belə başa düşmək olar ki, düzəlişi təklif edənlər inidiyədək ya yerli vergiləri ödəməyiblər, ya onlara hər hansı tədiyə bildirişi göndərməyiblər, ya da ki....

Bu məqamda haqlı olaraq sual olunur- “On il nəğdsiz şəkildə yığılan bələdiyyə vergilərini niyə indi “qanuniləşdirirlər?”.

Adıçəkilən komitə üzvlərinin  hec birinin bundan xəbərinin olmamasına isə  inanmıram.  Amma bəlkə  həqiqətən elə məqam var ki, biz bilmirik. Onda əziyyət çəkib bir açıqlama verilsin.... 

Nə isə....

Vüqar Tofiqli 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
262

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
262

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
228