Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-10-2024 , 18:58

473

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şəki regional ədliyyə idarəsi Oğuz və Qəbələ bələdiyyələri ilə növbəti seminar-müşavirə keçirib

Şəki regional ədliyyə idarəsi tərəfindən idarənin ərazi yurisdiksiyasına daxil olan Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçularının iştirakı ilə müxtəlif mövzuları əhatə edən seminar-müşavirələr keçirilib.

Seminarlarda “Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik pozuntular və onların qarşısının alınması”, “Bələdiyyələrin seçki hüquqlarının həyata keçirilməsi istiqamətində qanunvericiliyin tələbləri, bələdiyyə seçkiləri nəticəsində bələdiyyənin yeni tərkibinə və ya sədrinə möhür, ştamp və sənədlərin təhvil verilməsi”, “Yerli özünüidarəetmə sahəsində şəffaflığın və hesabatlılığın artırılmasında və korrupsiya hüquqpozmalarının qarşısının alınmasında müasir informasiya resurslarının əhəmiyyəti”, “Bələdiyyə aktlarının qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi”, “Pul tələbinə dair icraya yönəldilmiş inzibati aktların icrası zamanı tələbkar kimi bələdiyyələrin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulla bağlı qanunvericiliyin tələbləri, ixtisaslaşdırılmış kadrların qulluğa cəlb edilməsinin əhəmiyyəti” və “Bələdiyyələr tərəfindən inşa edilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin bələdiyyələrin balansına qəbul edilməsi” mövzuları ətrafında çıxışlar edilib, bu sahədə qanunvericiliyin tələblərinə dair izahlar verilib. Həmçinin tədbir iştirakçılarının mövzularla bağlı sualları cavablandırılıb və maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
269

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
299

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
429

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
428

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
668

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
568