Ramil Hüseynov: “Təbii fəlakətin nəticələrinin aradan qaldırılması yönündə Sahil bələdiyyəsi də zəruri tədbirlər həyata keçirib”
Mingəçevir bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib
Şabran Bələdiyyəsində vətəndaş qəbulu keçirildi
Cərimə edilən sırasında bələdiyyədə də var
Naxçıvan bələdiyyələri əmlak vergisinin həcmini 9.5 faiz artıra biliblər
Salyan bələdiyyələrinin büdcəsinin 52 faizini dövlətdən ayrılan maliyyə vəsaiti təşkil edib
Bu rayonda 36 bələdiyyə birgə 4700 manatlıq əmlak vergisi toplaya bilib
İlham Səfərov: “Şirvanda idmanın inkişafı daim diqqət mərkəzindədir”
Bu rayonda əmlak vergisinin yığımında ötən il 50 faizdən artıq azalma müşahidə olunub
Bələdiyyə sədri: “Vətəndaşlarla görüşlərdə yığılan vergilərin kəndin problemlərinin həllinə yönəldiləcəyi xüsusilə qeyd edilir”
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Hüseynov
Mübariz Sabəddin oğlu dəfn edilib
Boradigah bələdiyyəsi: "Bu gün bələdiyyə binasında təmizlik və abadlaşdırma işləri aparıldı"
Şabran bələdiyyəsi selin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Bələdiyyə-icra münasibətlərində Səbail təcrübəsi
Ötən müəllif yazımda icra başçılarının iştirak etdiyim səyyar görüşlərinə müqayisəli şəkildə toxunmuşdum. Bir daha təkrar edim ki, əhalinin narahatlığının aradan qaldırılmasında bu tipli görüşlərin əhəmiyyəti danılmazdır. Bütün hallarda isə bizim istəyimiz bu görüşlərin forma və məzmununa bir qədər əlavə rəng qatılmasına, müəyyən mənada təşəbbüskarlığın artırılmasına, o cümlədən əhalini narahat edən məsələlərin operaitv həlliylə bağlı yeniliklərin tətbiqinə nail olmaqdır. Bununla yanaşı görüşlərin vaxtı və keçiriləcəyi yeri barədə məlumatların bəzi RİH-lər tərəfindən sosial media və intenet resurs üzərindən paylaşılması artıq “məxvilik buzunun” əridiyindən xəbər verir. Düzdür, istər paytaxtın, istərsə də region RİH-lərin bir çoxu səyyar görüşlər barəsində məlumatı bu gün gizli saxlamağa üstünlük versələr də, gec-tez onlarda bununla bağlı açıqlamaları paylaşmağa məcbur olacaqlar.
Yuxarıda qeyd etdiyim yazıda görüşlərdə iştirakımın əsas məqsədimi də açıqlamışdım. Səyyar görüşlərdə bələdiyyə-icra münasibətlərinin hansı səviyyədə olduğunu müəyyən etmək olur.
Bu yazıda isə iştirak etdiyim görüşlərin biri diqqətimi çəkdiyindən onun barəsində öz fikir və mülahizələrimi bir qədər geniş şəkildə oxucularımla bölüşmək istərdim.
***
Bu günlərdə Səbail RİH-in yaydığı məlumatda deyilirdi ki, icra başçısının növbəti səyyar görüşü 20 ci yaşayış massivində olan “Veteranlar parkında” keçiriləcək. Hər kəs dəvətlidir.
Görüşün başlamasına yarım saat qalmış artıq parkda idim. Kommunal xidmət sahəsində çalışan işçilər ərazidə təmizlik işləri aparır, səliqə-səhman yaradırdılar. Hiss olunurdu ki, görüşə maraq var. Vaxt daraldıqca əraziyə xidmət sahələrinin rəsmiləri, RİH-in struktur bölmələrinin rəhbərlərı ard-arda gəlməyə balşadı. Görüşə gələn sakinlərində sayı da artırdı. Hiss olunurdu ki, sözlü idilər.
Nəhayət, icra başçısı Vüqar Zeynalov kömandasının üzvləri və sağ tərəfindən isə Səbail bələdiyyəsinin sədri Hacı Əliyev olmaqla vaxtından əvvəl görüşə gəldilər. İcra başçısı sakinlərlə salamaşıb, birbaşa mətləbə keçdi: “Buyurun, hər birinzi eşidirəm”. Hətta yaşlı bir sakinin “Vüqar müəllim, Sizdən bir xahişim var” fikrinə, icra başçısının “ bir yox, iki xahişinizi eşitməyə hazıram, ağsaqqal, buyurun” deməsi deyərdim tək ağsaqqalın deyil, digər sakinlərində ürəyindən xəbər vermiş oldu.
Bağdakı irigövdəli ağacın kölgəsində keçirilən görüş öz axarıyla davam edirdi. Müraciətlərin arası kəsilmirdi. Küçələrin işıqlandırılmasından başlamış, asfalt vurulmasınadək olan məsələlər qaldırılır siyasi rəhbər isə bütün məsələlərin həlliylə bağlı öz tövsiyələrini verirdi. Diqqətdən kənarda heç kəs qalmırdı. İki saata yaxın davam edən görüşün sonunda sakinlərlə xudahafizləşib, bayaqdan parkda dim-dik dayanan kommunal təsərrüfatının xanım işçiləriylə də görüşməyi unutmadı. Belə başa düşüldü ki, onlarla ayrıca görüşüb fəaliyyətləri də qiymətləndiriləcəkdir.
Hər halda siyasi rəhbər bütün tərəfləri razı sala bilmişdi.
***
Bu arada əlavə edim ki, Səbail bələdiyyəsi paytaxtın mərkəz bələdiyyəsi olaraq yalnız, 2014-cü il seçkilərindən sonra ümidləri döğrultmağa başlayıb. Etiraf edilməlidir ki, on beş il ərzində bələdiyyənin fəaliyyəti hiss edilməyib. İş o yerə çatmışdı ki, bələdiyyəyə rəhbərlik edənlərin bir qisminə qarşı hətta cinayət işi açılmışdı.
Beləliklə, yalnız son iki seçkidə formalaşan Səbail bələdiyyəsinin üzvləri onlara səs vermiş seçicilərin, o cümlədən ölkənin birinci şəxsinin etimadını döğrulmağa başlayıb. Bu işdə isə RİH rəsmilərinin də xüsusi xidmətinin olmasını inkar etmək olmaz. Bu gün bələdiyyə sədrinin icra başçısıyla ilə birgə hərəkət etməsi, habelə rayonda formalaşan digər iki bələdiyyənin fəaliyyətinə dəstək verməsi Səbail bələdiyyəsinin bütün kollektivinin həm də uğuru hesab etmək olar. Hər halda öz fəaliyyətiylə Hacı Əliyev bələdiyyə barəsində əvvəllər yaranmış neqativi aradan qaldırmaqla yaddaqalan bir iş görüb.
***
Beləliklə, səyyar qəbuldan sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, Səbail RİHBA-nın məsul əməkdaşları və bələdiyyə sədrləri Vətən müharibəsi şəhidləri Qurbanov Murad Asif oğlu və Qənbərov Bilal Xanlar oğlunun ailə üzvlərini ziyarət etdilər. Xoş təsadüfdən məndə o görüşün iştirakçısı oldum və bütün söhbətlərə bir növ şahidlik etdim.
Etiraf edim ki, siyasi rəhbərin tutduğu mövqeyə, habelə şəhid anasının fikirlərinə heyran qaldım. 44 günlük Vətən müharibəsi günlərində yeganə oğlunu itrisə də, gözü-könülü tox əsilzadə ananın səsləndirdiyi fikirləriylə, digərlərinə təsəlli verməsiylə əsil Azərbaycan xanımına xas olan cəhətlərini bir daha nümayiş etdirmiş oldu. Əslində daxilən nələr çəkdiyini bir kimsəyə hiss etdirməyən şəhid anası bu danışığı və davranışı ilə həm də ətrafda olan gənclərə də bir örnək oldu.
***
Görüşdən xoş təəssüratla ayrılıram. Onu da etiraf edim ki, səyyar qəbulun, sonra isə şəhid ailələriylə görüşün belə yüksək təşkilatçılıqla keçiriləcəyini düşünmürdüm. Siyasi rəhbərin ürəkli danışığı, rayonun bütün küçə və meydanlarındakı ən xırda problemdən xəbərdar olması diqqətimi çəkdi. Görüşlərdə iştirak edən bələdiyyə sədrləriylə tərəfdaş orqanın təmsilçisi kimi danışması, hər kəslə danışıqda subardinasiya qaydalarına ciddi şəkildə əməl etməsi, ən əsası isə ortaya səmimiyyət qoyması hər halda siyasi rəhbərin zəngin təcrübəsindən xəbər verirdi.
Onu da deməliyəm ki, siyasi rəhbərin xarakerindəki sadaladığım bu keyfiyyətlər görüşdə qarşlaşdığım nəzərəçarpan çatışmazlıqları da aradan qaldırmış oldu.
Son olaraq belə qənaətə gələ bilərəm ki, Səbail rayonunda bələdiyyə-icra münasibətləri hər iki tərəfin dəstəyi ilə artıq təcrübəsi yayıla biləcək səviyyəyə çatıb. Düşünmək olar ki, bu təcrübə tərəflərin fəaliyyətiylə bundan sonra daha da təkmilləşdiriləcəkdir.
Bizə isə bu işdə onlara yalnız uğurlar arzulamaq qalır.
Vüqar Tofiqli
Bələdiyyələrin rəqəmsal texnologiyalardan istifadə imkanları genişlənir
Turan Əliyev: “İsveçdə bələdiyyə üzvü kimi fəaliyyətim cəmiyyətin müxtəlif sahələrində inkişafı dəstəkləməkdir”
Assosiasiya sədri Türk Dünyası Bələdiyyələr Birliyinin sədrinə başsağlığı məktubu ünvanlayıb
Bələdiyyə seçkilərində səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 961 min 625 nəfərdir
Anım tədbiri Xaçmaz regional ədliyyə idarəsinin təşkilatçılığı keçirilib
Prezident “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Azərbaycanda bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq
Nərimanov rayonunda Bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərlə seçicilərin görüşü keçirilib
Nərimanov rayonunda Bələdiyyə seçkilərinə namizədlərlə seçicilərin növbəti görüşü keçirilib
Bələdiyyə seçkiləri üçün 16 min 148 nəfərin namizədliyi qeydə alınıb
Bu qurumun fəaliyyəti sayəsində bələdiyyələrin vergi daxilolmalarının həcmi 61 faizədək artıb
Azərbaycanda torpaqların kateqoriyasına dair müraciətə baxılması elektronlaşdırılıb
Vüqar Tofiqli: "Seçəcəyimiz 685 bələdiyyə sədri və 8071 üzvün bacarıqlı, işgüzar olmasına çalışmalıyıq"
Sabah bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarında ilə yekun vurulub
Rəylər
0 Rəy