Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-02-2026 , 21:11

149

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ötən il bələdiyyə aktları ilə bağlı neçə iş məhkəməyə gedib?

 2025-ci il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 81 711 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1 935) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 79 448 (97,2 %) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Trend-in məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.

Bildirilib ki, normativ hüquqi aktların tələblərinə zidd olan 1 645 (2 %) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib, 618 akt (0,8 %) isə növbəti ilə qalıq keçib.

Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 644 (0,79 %) akt ləğv edilib, 950 (1,16 %) akt dəyişdirilib, 44 (0,05 %) təklif isə növbəti ilə qalıq keçib. Bələdiyyələr tərəfindən təmin olunmayan 7 (0,008 %) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4 132 müraciətdən 3 618-nə (87 %) baxılıb, 204-ü (5 %) aidiyyəti üzrə göndərilib, 310 (8 %) müraciət isə növbəti ilə qalıq keçib. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilərək dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilmiş təkliflər əsasında qanunvericiliyin tələblərinə zidd 53 bələdiyyə aktının hamısı ləğv edilib.

Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilən 1 698 aktdan 697-si (41 %) ləğv edilib, 950-si (56 %) dəyişdirilib, 7 (0,4 %) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 44 (2,6 %) təklif isə növbəti ilə qalıq keçib.

https://az.trend.az/azerbaijan/society/4150331.html



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1141

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1041

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
822

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
1067

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
927

Nazir bu şəhərdə vətəndaşları qəbul edəcək

Gündəlik Xəbərlər
29-10-2025
962