Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-01-2025 , 20:58

831

Son xəbərlər

Bütün xəbərlər

Mingəçevir bələdiyyəsi daha bir layihəni icra edib

Azərbaycan Bələdiyyələri
16-03-2025

Allah rəhmət eləsin!

Bakı
- +

Bələdiyyə sədri “20 Yanvar Şəhidlərinin” xatirəsinə həsr olunan parkda cari təmir işləri aparılıb”

“Binəqədi RİH-in təşəbbüsü və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə  qəsəbədə olan 20 Yanvar şəhidlərinin xatirə parkında cari təmir bərpa işləri aparılıb” –bu fikirləri Belediyye.infoya adçəkilən bələdiyyənin sədri Etibar Cabbarov bildirib.

Sədrin sözlərinə görə, ərazidə olan söhbətgah  və oturacaqlar təmir edilmiş, habelə əraziyə çoxsaylı gül kolları əkilərək ziyarətçilərin istifadəsinə verilmişdir. Ərazinin qazon örtüyünə də aqrotexniki qulluq göstərilmişdir.

Qeyd edək ki, parkın ümumi ərazisi 3800 m2, yaşıllıq ərazisi 2200 m2, qranit mərmər ilə döşənmiş sahəsi 800 m2, beton səki daşları ilə döşənmiş sahə 800 m2 təşkil edir.

Burada “20 Yanvar Şəhidləri” xatirəsinə quraşdırılan “Güllə yağışı” adlanan abidədə simvolik olaraq 500-ə yaxın müxtəlif kalibrli orijinal mərmi və gilizlərdən istifadə olunub. Bu abidənin özünəməxsus anlamı həmin gün törədilən cinayətin dinc əhaliyə qarşı olduğunu əks etdirməsi və müxtəlif istiqamətlərdən atılan güllələrin  güllə yağışı kimi yağmasının  təsviridir. Abidənin müəllifi əməkdar heykəltəraş Azad Əliyevdir.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hümbət Hüseynov sədr seçilib

Bakı
18-02-2025
1028