Sumqayıt bələdiyyəsində maarifləndirmə tədbiri keçirilib
Fövqəladə
hallardan mühafizənin, ən sürətli çıxış yolunun tapılmasının vacibliyini nəzərə
alaraq Sumqayıt Bələdiyyəsi Fövqəladə
Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi ilə birgə ənənəvi maarifləndirmə tədbiri
keçirib.
Tədbirdə çıxış edən natiqlər fövqəladə hal ilə qarşılarkən
insanların etməli olduğu ən vacib davranış qaydalarını izah ediblər. Ümumiyyətlə,
tədbir iştirakçıları təbii və texniki mənşəli fəlakətlər və məişət hadisələri
zamanı üzləşə biləcəkləri problemlərdən çıxış yolu ilə tanış olublar, üzləşdikləri
və üzləşə biləcəkləri arzuolunmaz hadisələr fonunda söhbət və geniş fikir
mübadiləsi aparılıb.
Sonda bu tip tədbirlərin daha sıx keçirilməsinin vacibliyi vurğulanıb, səmərəliliyi qeyd edilib.
Rəylər
0 Rəy