Atabala Şeydayev: “Layihə sakinlərin müraciəti əsasında həyata keçirilir”
“Bələdiyyə olaraq əsas məqsədimiz seçicilərimizə layiqincə xidmət etməklə vətəndaş məmnunluğunun təmin edilməsinə töhfəmizi verməkdir”- bu fikirləri Belediyye.infoya Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Sədr
qeyd edib ki, hazırda sakinlərin müraciəti əsasında bələdiyyənin əhatə etdiyi kəndlərə
gediş-gəlişi nizama salmaq üşün bir sıra layihələr icra edilməkdədir.
Bələdiyyənin
təsis etdiyi “Uğur Pirəbədil” MMC -nin işçi qüvvəsi ilə bələdiyyənin inzibati ərazisində
daxil olan Mumlu kəndinə gedən yollar, o cümlədən məhəllə daxili yollarda təmir
bərpa işləri aparılır. Sədr qeyd edib ki, sakinlərin müraciəti bələdiyyə
iclasında müzakirəyə çıxarılaraq problemin həlli ilə bağlı qərar qəbul edilmişdir. Artıq uzun müddətdir ki, bələdiyyənin təşkilatçılığı
ilə bələdiyyəni əhatə edən kəndlərdə təmir-bərpa işləri həyata keçirilməkdədir.
Haqqında danışılan layihənin yaxın günlərdə
yekunlaşdırılacağı nəzərdə tutulur.
Sədr bildirib
ki, Pirəbədil bələdiyyəsinin kollektivi
bundan sonra da bələdiyyəni əhatə edən kəndlərdə vətəndaş məmnunluğunu təmin etmək üçün var
qüvvəsi ilə çalışacaqdır.
Xatırladaq ki, Pirəbədil bələdiyyəsi irili-xırdalı 38 kəndi əhatə edir. Hazırda bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.
Rəylər
0 Rəy