Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-04-2024 , 11:45

2013

Son xəbərlər

Bütün xəbərlər

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri “Azərpoçt” MMC-ni ciddi tənqid edib:  ““Azərpoçt” MMC bank əməliyyatları haqqında məlumatları icra hakimiyyəti orqanlarına icazəsiz şəkildə ötürür”

Agsu rayonu Gəgəli Bələdiyyəsinin sədri Fariz Xəlilli sosial media hesabında paylaşdığı statusda “Azərpoçt” MMC ciddi tənqid atəşinə tutub. Statusu olduğu kimi təqdim edirik.

Qarğış eləmişəm...))) Azərpoçt MMC-nin bank fəaliyyətini əlindən alsınlar və bələdiyyələrin canı süründürməçilikdən qurtarsın. Azərpoçt MMC niyə bank fəaliyyəti göstərir? Beş ildir ki, bələdiyyə sektorunda olduğum müddətdə ən biabırçı, yarıtmaz vəziyyət #Azərpoçt MMC-dədir. Birincisi, Ağsu şöbəsini bağlamaqla bir il bizi, bələdiyyələri incitdilər, büdcə gəlirlərimizin qarşısını aldılar, mane oldular. İkincisi, Azərpoçt MMC-nin Hökumət Ödəniş Portalına çıxışı yoxdur. Hər bankın öz internet bankinq xidmətində Hökumət ödənişlərini etmək üçün bölməsi olduğu halda poçtun heç internet bankinqi də yoxdur. Dövlət Vergi Xidməti bizi sıxır ki, Hökumət Ödəniş Portalından ödəyin, amma poçtda vəziyyət yamangünlükdür. Üçüncüsü, Azərpoçt MMC bank əməliyyatları haqqında məlumatları üçüncü tərəflərə, o cümlədən İcra hakimiyyəti orqanlarına icazəsiz şəkildə ötürür, bələdiyyələri icra hakimiyyətinin təsirində saxlayır. Dördüncüsü, Azərpoçt MMC-dən əmək haqqı kartı olan müştəri öz maaşını bank kartı olmadan Azərpoçt MMC-nin başqa heç bir filalında, heç mərkəzi filialda da nəğdləşdirə, dərdinə-sərinə istifadə edə bilmir. Axı Azərpoçt MMC niyə bank fəaliyyəti göstərir?

P.S. Söylənilən fikirlrəin hər biri ilə razıyam və vaxtıdna bu məsələləri məndə qaldırmışam

 

Rəylər

0 Rəy


Rəy yaz