Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-04-2024 , 18:59

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə olaraq ölkədə həyata keçirilən sistemli sosial-iqtisadi inkşafa öz töhfəmizi verməyə çalışırıq

2023-cü il Ölkəmiz və xalqımızın tarixində daima qürur hissi ilə anılan il olacaqdır. Çümki 18-19 sentyabr tariximdə Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda daçnaq separatizminə son qoyulmuş və ərazi bütövlüyümüz təmin olunmuşdur. Böyük abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Dünyada iqlim dəyişiklərinin yaratdığı çətinliklərə qarşı mübarizədə ölkəmiz qabaqcıl yerlərdən birində olaraq, nəticə etibarı ilə COP-29 beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi qərara alınmışdır. Ölkəmizdə həyata keçirilən və ümumbəşər dəyərlərə xidmət edən sosial-iqtisadi inkşaf yolunda biz özünüidarəetmə orqanları da yer tutmağa çalışırıq.

Bir bələdiyyə olaraq ölkədə həyata keçirilən sistemli sosial-iqtisadi inkşafa öz töhfəmizi verməyə çalışmış və vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman seçicilərin problemlərini dinləməyə, onların qayğıları ilə maraqlanmağa, yaşlı, tənha, Şəhid ailələri və s. təbəqədə olan sakinlərimizin yanında olmağımızı hiss etdirməyə çalışmışıq.

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq edilmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti, abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Zabrat bələdiyyəsi tərəfindən 46 ümumi iclas keçirilərək 148 qərar qəbul edilmişdir. “Bələdiyyə fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0.və 6.8-ci maddəsinə uyğun olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Geridə qoyduğumuz 2023-cü ilin “Heydər Əliyev” ili elan olunması qürurlandırıcı olmuşdur. Bu münasibətlə “Ümummilli Liderin” anadan olmasının 100 illiyi münasibəti ilə Sabunçu bələdiyyələri arsında futbol turniri keçirilmişdir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına  və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib və onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyə büdcəsinə daxilolmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanmışdır.

Vergi və rüsumların yığılması zamanı əhali arasında mövcud qanunvericiliklə bağlı maarifləndirmə işləri aparılmış, yığılan vergilər haqqında mütəmadi təhlillər aparılmışdır.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq edilməklə Qanunvericiliyə uyğun İcra Şöbələrinə 82-dən artıq şəxs barəsində müraciət olunmuşdur. Nəticədə bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin olunmuşdur. Həmçinin “Softline Azərbaycan” MMC-ilə bağlanmış müqavilə əsasında vergi ödəyicilərinə göndərilən SMS bildirişlər vergi daxilolmalarına müsbət təsirini göstərmişdir.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə daxil olaraq, aidiyyati təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Hazırda bələdiyyənin vergi bazasını ərazidə yerləşən 7711 həyət evləri və 185 təsərrüfat subyektləri təşkil edir.

Göstərilən 7711 vergi ödəyicisindən hesabat dövründə 2385 ödəyici vergiyə cəlb olunmuşdur.

Göstərilən 7711 vergi ödəyicisindən-2385 ödəyici vergiyə cəlb olunmuşdur (bundan-1365 nəfər vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən güzəştə olunan təqaüdçülərə, əlillər, şəhid ailələri, müharibə veteranları və s. 242- nəfər əmlakı olan 30m2-dən az olanlar və 3872 nəfər isə əmlakının dövlət qeydiyyatı olmayanlardır).

2023-ü il ərzində bələdiyyə büdcəsinə 147.157 manat gəlir daxil olmuş, xərclər 147.338 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyindən olan əmlak vergisi-97777 manat, torpaq vergisi-20250 manat, torpaqların icarəsindən 7925 manat, bələdiyyə fəaliyyətindən-2205 manat və dotasiyadan 19000 manat daxil olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətdə xərclənmişdir:

Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının əmək haqqına- 52025 manat, əmək haqqına üstəlik-10096 manat, malların alınması və xidmət haqqlarının ödənilməsinə- 19563 manat, sosial yardımlar üzrə ödənişlərə- 4237 manat, quruculuq abadlıq və təmir işlərinə-31691manat və digər  xərclərə- 29726 manat xərclənmişdir.

 Zabrat bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu daima diqqət mərkəzində saxlanılır.

İl ərzində vətəndaşlardan daxil olmuş 83 müraciət qeyd olunan məsələlərə aid olmuşdur:

             Vergi borclarının olub-olmaması              -12

             Torpaq sahələrininayrılıb-ayrılmaması   -  22

             Maddi yardım                                            - 15         

             Dəfnlə bağlı Dövlət-Sosial Müdafiə

             Fonduna arayışlar                                      - 38

             Digər məsələlər üzrə isə (yaşıllıq,

             abadlıq və s.)                                              -  11

          

            Müraciətlərin hamısı müsbət həll olunub.

 Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyədə “qaynar xətt” də telefon (550-51-00) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsi ilə daxil olan müraciət və təkliflər qeydə alınır, rəhbərliyə çatdırılır və məsul işçilər tərəfindən müraciətlər araşdırılaraq həllinə nail olunur.

 Bələdiyyədə hesabat dövründə 1398 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən -985 nəfər olmuşdur.

Bələdiyyə seçki orqanı olaraq çalışır ki, seçicilərlə ünsiyyəti daha da genişləndirsin. Daimi Komissiyalar seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutaraq “bələdiyyə-vətəndaş” birliyinə nail olmağa çalışırlar.

 Zabrat bələdiyyəsi təşkilatçılığı ilə 8 mart “Beynəlxalq Qadınlar bayramı”nda qadın bələdiyyə üzvüləri, bələdiyyədə çalışan qadın qulluqçuları bayram münasibəti ilə təbrik olunmuşlar. 21 mart “Novruz bayramı” münasibəti ilə ilə qəsəbə ərazisində yaşayan 9 “Şəhid ailəsi” ziyarət edilmiş və bayram sovqatları verilmişdir. “Novruz bayramı” münasibəti ilə qəsəbədə  yaşayan əlil, yardıma ehtiyacı olan və aztəminatlı ailələrə də bayram sovqatları verilmişdir.

Zabrat qəsəbəsində bələdiyyə tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Orta ümumtəhsil məktəblərində “20 Yanvar” faciəsinin 34-cü ildönümünə ilə bağlı “Qara Yanvar Faciyəsi” mövzusunda bir sıra tədbirlər keçirilmişdir. 2 fevral “Gənclər Günü” ilə bağlı tədbir, 26 fevral Xocalı faciəsinin 32-ci ildönümü barədə,ümumtəhsil məktəblərində də şagirdləri tədbirlər keçirilmişdir. 9 may “Qələbə günü”,10 May “Ulu Öndər Heydə Əliyevin anadan olması”nın 100-cü ildönümü münasibəti ilə, 15 iyun “Qurtuluş Günü” münasibəti ilə bir çox siyasi tədbirlər həyata keçirilmişdir.

“Ümummilli Lider” Heydər Əliyevin anadan olmasının 10 illiyi münasibəti ilə “Vətən Müharibəsi” Şəhidlərinin  xatirəsinə ucaldılmı. Abidənin ətrafına 200 ədəd “Şam” ağacları əkilmişdir.

27sentyabr “Anım Günü” münasibəti ilə bələdiyyə qulluqçuları ilə birlikdə qəsəbə ərazisində yaşamış Şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmişdir.

 8 noyabr “Zəfər Günü”, 10 noyabr “Bayraq Günü” ilə bağlı bələdiyyə qulluqçuları məktəblilərlə birlikdə videoçarxlar hazırlayaraq nümayiş etdirmişlər.

Sabunçu rayon Zabrat bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet və s. vasitələrlə çatdırır. 

N.Y.Nəsirova

Zabrat Bələdiyyəsinin sədri           

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeni nazir kimdir? - Dosye

Gündəlik Xəbərlər
27-02-2024

Yeni ədliyyə naziri təyin edildi

Gündəlik Xəbərlər
27-02-2024

Milli Qəhrəman 60 yaşını qeyd edib

Gündəlik Xəbərlər
27-02-2024

İcra hakimiyyətində KORRUPSİYA ƏMƏLİYYATI

Gündəlik Xəbərlər
23-02-2024

Şuşa rayonunda yeni iş yerləri

Gündəlik Xəbərlər
23-02-2024

Bələdiyyə sədri üçün özəl gün

Gündəlik Xəbərlər
23-02-2024