Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-02-2024 , 16:28

2158

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ucarda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı qəbulu keçirilib

Fevralın 23-də ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən Azər Cəfərov Ucar rayonunda vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Dövlət başçısı İlham Əliyevin  tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunan görüşdə Ucar, Zərdab, Kürdəmir və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Ucar şəhərində abidəsi ziyarət edilərək əziz xatirəsi dərin ehtiramla yad olunub.

Qəbulda ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri ilə bağlı müraciətlərə baxılıb, müharibə iştirakçılarının və şəhid ailələrinin qayğıları ilə maraqlanılıb. Onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, araşdırma tələb edən digər müraciətlər nəzarətə götürülüb.

Azər Cəfərov bölgə sakinləri ilə görüşdə ölkə Prezidentinin fəaliyyətinin və dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının və onun rifahının dayandığını, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının daim diqqətdə saxlanıldığını bildirib. 

Vətəndaşlar ölkəmizin ilk dəfə bütün ərazisində yüksək fəallıq və vətəndaş həmrəyliyi ilə keçirilən seçkilərdə yenidən dövlət başçısı seçilməsi münasibətilə cənab Prezident İlham Əliyevə sonsuz məhəbbətini və ehtiramını ifadə ediblər. 

Səfər zamanı həmçinin, nazirliyin yerli qurumlarına və məhkəməyə baş çəkilib, infrastrukturu və iş şəraiti ilə tanış olunub. Ədliyyə işçilərinə fəaliyyətin müasir çağırışlara uyğun təşkili, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər