Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-12-2023 , 09:46

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Otelləri ən çox pul qazanan 16 rayon

2023-cü ilin 9 ayı ərzində Azərbaycanda otellər ümumilikdə 370 milyon manat gəlir əldə ediblər.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bildirilib. Mehmanxana biznesində əldə edilən gəlirlərin böyük hissəsi paytaxt Bakının payına düşür.

Belə ki, Bakı şəhərində yerləşən hotellərin ilk 9 ayda gəlirlərinin həcmi 235,5 milyon manat olub. Başqa sözlə ölkə üzrə otellərin ümumi gəlirlərinin 3-də 2-si və ya 64%-i Bakının payına düşür.

Otellərin gəlirlərinin səviyyəsinə görə, ikinci pillədə 27,8 milyon manatla ölkənin əsas turizm şəhərlərindən olan Qəbələ rayonudur. Qusar rayonundakı (Şahdağdakı otellər bu rayondadır) otellərin gəliri 18,7 milyon manat təşkil edib və bu göstərici ölkə üzrə 3-cüdür.

Quba rayonundakı otellər 17,3 milyon manat gəlirlə 4-cü, Şabran şəhərindəki otellər isə 10,2 milyon manat gəlirlə 5-ci yeri tuturlar. 

Gəlirlərin həcminə görə 6-ci yeri tutan Naftalan şəhərindəki otellərə 9 ayda 10,1 milyon manat sərf edilib. Lənkəran rayonunda otellər 8,8 milyon manat, Xaçmaz rayonunda 8 milyon manata yaxın, Şamaxı rayonunda 5,8 milyon manat, İsmayıllıda 5,7 milyon manat qazanıblar.

Yenicə işğaldan azad edilərək sürətlə bərpa olunan Şuşa rayonundakı otellər gəlirlərinin həcminə görə, ölkədə 11-ci yerə yüksəliblər. Belə ki, Qarabağın əsas şəhəri olan Şuşanın otelləri 9 ayda 3 milyon manat gəlir əldə ediblər.

Şuşa bu göstəriciyə görə turizm mərkəzlərindən olan Şəkini geridə qoyub – «gülüş şəhəri»ndəki otellər 9 ayda cəmi 2,7 milyon manat qazanıblar.

Bunlardan əlavə olaraq 9 ayda Qax rayonundakı otellər 2,2 milyon manat, Masallıda 1,7 milyon manat, Sumqayıt şəhərində 1,3 milyon manat, Astara rayonunda isə 831,9 min manat gəlir əldə ediblər.

© FED

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeddinci onilliyin astanasında

Gündəlik Xəbərlər
14-12-2023

Otelləri ən çox pul qazanan 16 rayon

Gündəlik Xəbərlər
13-12-2023

İnamın bariz nümunəsi

Gündəlik Xəbərlər
10-12-2023