Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-11-2023 , 10:47

4209

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Əmlak Məsələləri Dövlət Xidməti yaratdığı “mənfi obrazı” necə dəyişə bilər?

Son günlər Əmlak Məsələləri Dövlət Xidmətinin vətəndaş və bələdiyyələr arasında yaratdığı “mənfi obrazı” aradan qaldırmaq üçün özünə yaxın ekspertləri vasitəsiylə  müxtəlif səpgili məlumatların bu və ya digər formalarda mediada paylaşmaları diqqətimdən yayınmadı.

Əgər paylaşılan məlumatlar  həqiqətən gerçəkliyi əks etdirirsə sozsüz ki,  bu məqamı ürəkdən alqışlayıram. Bu sahəyə aid edilən sənədlərin ölkə başçısı tərəfindən ard-arda imzalanması əslində bu sahədəki neqativi aradan qaldırmaq məqsədi daşıyır.  Ötən illərdən bu sahənin fəaliyyətinin təkmilləşdirilməsiylə bağlı struktur dəyişikliyin aparılması, hüquqi statusu olmayan obyektlərin sənədləsdirilməsiylə bağlı atılan addımlar və ən sonda daşınmaz əmlakın reyestr və kadastrı informasiya sisteminin yaradılmasıyla bağlı fərman bu sahənin inkişafına yönələn addım kimi qiymətləndirilir.  Beləliklə, imzalanan hüquqi sənədlər nəticə etibariylə vətəndaşın problemlərinin həllinə söykənir. Bu məqsədi Əmlak Məsələləri Dövlət Xidmətində çalışan hər bir məmur gözəl bilir.

Ancaq onu da etiraf etməliyik ki,  son iki il ərzində xidmətin onlarca məsul əməkdaşının "iş başında" həbs edilməsi bu strukturun imicinə ciddi şəkildə xələl gətirməsi də faktdır. Yayılan fikirlərdə isə "yaradılacaq", "asanlaşacaq", "vətəndaşın problemi azalacaq"  kimi fikirlərin olması hamı kimi məni də tərəddüd qarşısında qoyur. Söylənilən fikirlərin  hamısı gələcək zamana aid olması, üstəlik layihələrin “yaxın vaxtlarda”, yaxud da “altı ay ərzində gercəkləşməsi nəzərdə tutulur”  kimi məqamların olması hər halda bizdə çoxsaylı suallar yaradır. Yəni “arxı tullanmamış” reklama başlamaq indiki vaxtda yaxşı qəbul olunmur. Dəyərli ekspertlərimiz qurumun vətəndaşa xidmət səviyyəsini təkmilləşdirməyə, ümumən rahatlığa söykənən, şəffaflığı təmin edən  layihəsinin icrasından sonra  onun haqqında danışsaydılar, düşünürəm ki, daha məqbul sayılardı.

Bir tərəfdən xəbərsiz şəkildə vətəndaşa və bələdiyyələrə "göstərilən xidmətin" tarifləri artırılır, digər tərəfdən olmayan obyektə çıxarış verilir, digər bir tərəfdən də rayonlarda simvolik müşavirələr təşkil edilir,  bələdiyyələrdən olan müraciətlərə isə ümumiyyətlə reaksiya verilmir. Belə olan halda, müşavirələrdə statistik rəqəmlərin sadalanması, o cümlədən keçirilən müşavirələrdən eyni məzmunlu məlumatların paylaşılması, ən əsası    səslənən təkliflərin heç birinə reaksiya  belə verilməməsinə necə izah verilə bilər. Bu gün Əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyələrə yaratdıqları  problemlərin əhatə dairəsini genişləndirməsi hər bir bələdiyyə üzvündə və qulluqçusunda ciddi narahatlıq yaratmaqdadır.

Odur ki, paylaşılan məlumatların hamısı təəssüf ki, hər kəsdə “gözə kül üfürmək” təəssüratını yaratdığını unutmamalıyıq. Hər halda vətəndaşların və bələdiyyələrin əmlakla bağlı problemləri var və bu problem istənilən halda öz həllini tapmalıdır.

Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti əgər konkret addım atmaq istəyirsə ilk olaraq sənədsiz mənzil probleminin həllini  real addımlarla sürətləndirməli, bələdiyyələrə qarşı yönələn ayrı-seçkiliyi aradan qaldırmalıdır. Konkret. 

Sonda isə qeyd edim ki,  Əmlak Məsələləri Dövlət Xidməti ölkə başçısının imzaladığı hüquqi sənədlərdən irəli gələn  vətəndaş və bələdiyyələrin məmnunluğuna söykənən təklif və yaxud layihələri sözdə yox, əməli şəkildə həyata keçirməklə onların “xeyr duasını” ala bilsə, yalnız bu halda  öz imicini müsbət yöndə dəyişə bilər.  

Bundan sonra cənab Prezidentin söylədiyi kimi,   bu qurumun məmurları “xalqın xidmətçısı”  ola biləcəklər ki, biz də məhz bu arzuyla yaşayır , inanmasaq da, ancaq tezliklə arzumuzun “çin olmasına” ümid edirik. 

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

Rəylər

1 Rəy

Tural Bağırov

20-11-2023, 1 il əvvəl

BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTLƏRİ İLƏ BAĞLI HƏR GÜN RASTLAŞDIQLATI PROBLEMLƏRİ İŞIQLANDIQDIĞINIZ ÜÇÜN ONLARIN FƏALİYYƏTİNƏ İNZİBATİ NƏZARƏTİ HƏYATA KEÇİRƏN ORQANIN ƏMƏKDAŞI KİMİ SİZƏ ÖZ MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM VÜQAR MÜƏLİM.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər