Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2023 , 16:58

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Göyçay Regional Ədliyyə İdarəsi  İsmayıllı şəhərində seminar müşavirə keçirib

Göyçay Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına aid olan İsmayıllı rayonunun bələdiyyələrinin  üzv və qulluqçuları ilə 17.11.2023-cü il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə İsmayıllı şəhərində seminar müşavirə keçirilmişdir. Seminarda ”Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 30 may 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlər; Azərbaycan Respublikası Torpaq Məcəlləsi və Mülki Məcəlləsinin müvafiq maddələri arasında ziddiyyətlərin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsiunin Plenum Qərarında nəzərdə tutulmuş məsələlər; “Bələdiyyələrlə iş portalı”nın təkmilləşdirilmiş versiyasının yeni imkanları və portaldan istifadə barədə bələdiyyə üzv və qulluqçularının məlumatlandırılması;Torpaq sahəsinin özbaşına tutulması( zəbt edilməsi) hallarının qarşısının alınması, bələdiyyə torpaqlarının kateqoriyasının dəyişdirilməsi ilə bağlı bələdiyyələrin səlahiyyətlə\ri və vətəndaş müraciətlərinin təmin olunmasında onların əhəmiyyəti barədə; Bələdiyyə torpaqların icarəyə və subicarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri; Bələdiyyələrin ərazilərində yerləşən su təsərrüfatı obyektlərinin istifadəsi və onların mühafizəsi ilə əlaqədar qanunverciliyin tələbləri; Bələdiyyə üzvlərinin yerli özünüidarəetmənin həyata keçirilməsində vəzifələri və məsuliyyəti barədə; Yaşayış məntəqələrinin ərazilərinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi sahəsində bələdiyyələrn vəzifələri; Bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vətəndaş qəbuluna diqqətin artıırlması və qəbulla bağlı qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının zəruriliyi; Inzibati nəzarətin həyata keçirilmsəi məqsədilə bələdiyyə aktlarının hüquqi ekspertizası zamanı müəyyənləşdirilən bələdiyyə aktlarının qəbulunda yol verilən xarakterik qanun pozuntuları və onların aradan qaldırılması barədə;. Bələdiyyələr tərəfindən yerli vergilər üzrə uçotun dəqiqləşdirilməsi, uçotdan kənarda qalan vergitutma obyektlərinin uçota götürülməsi, vergilərin qanunauyğun hesablanması və yığılaması sahəsində 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərin nəticələri, bu sahədə mövcud nöqsanlar və qarşıda duran vəzifələr;  Yerli özünüidarənin həyata keçirilməsində etik davranış qaydalarına əməl olunmasının insan hüquqlarının müdafiəsində əhəmiyyəti barədə;Pul tələbinə dair məcburi icraya yönəldilmiş inzibati aktların icrası ilə bağlı tələbkar kimni bələdiyyələrin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələri. mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Göyçay Regional Ədliyyə İdarəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər