Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2023 , 10:16

3107

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Paytaxtın bəzi icra başçıları sorğulara niyə cavab vermir

Cari ilin sentyabr ayının əvvələrində Belediyye.infonun rəsmi blankında  paytaxtın on iki rayonun icra hakimiyyətinin başçısına konkret olaraq bələdiyyə-icra münasibətlərinə aydınlq gətirilməsiylə bağlı sorğu məktubu göndərilib. Siyasi rəhbərlərə ünvanlanan sorğuda dörd sual qeyd edilmişdi. 

Sualları bir daha qeyd edirəm:

1. İcra-bələdiyyə münasibətləri Sizin rəhbərlik etdiyiniz rayonda hansı səviyyədə qurulub?

2. Hazırda fəaliyyətdə olan  bələdiyyələrin hansının fəaliyyəti Sizi qane edir?

3. Sizin rayonda formalaşan bələdiyyələrin qarşılaşdığı problemlərin həlliylə, habelə onların maliyyə durumunun yaxşılaşdırılmasıyla bağlı icra hakimiyyətinin başçısı olaraq hansı təkliflər irəli sürülüb?  

4. Seçici olaraq yaşadığınız ərazidə formalaşan bələdiyyədən Sizə əmlak və torpaq vergisnin ödənişiylə bağlı bildiriş göndərilibmi?

Ötən müddət ərzində  Nərimanov, Sabunçu,  Pirallahı,  Xəzər və Səbail RİH-in rəsmiləri  onlara ünvanlanan sorğu məktubunu vaxtında cavablandırıblar.  Etiraf edim ki, Sabunçu və Xəzər RİH-in cavabı daha maraqlı idi. Pirallahı, Sabunçu və Nərimanov RİH rəsmiləri cavab məktubu hazırlayarkən bizimlə əlaqə saxlamaları məqbul sayıla bilər. 

Lakin  təəssüf edirəm ki, Binəqədi, Nəsimi, Xətai, Nizami, Suraxanı,  Qaradağ və  Yasamal RİH rəsmiləri  üstündən iki ay keçməsinə baxmayaraq hələ də  onlara ünvanlanan sorğu məktubunu cavablandırmayıblar. Ötən müddət ərzində Qaradağ, Nəsimi, Suraxanı və Binəqədi  RİH-in müvafiq şöbəsiylə əlaqə saxlasamda konkret cavab ala bilməməyimə təəssüf edirəm. Üstəlik Binəqədi RİH-in müvafiq şöbəsinin müdirinin məntiqə söykənməyən cavabı isə məni həqiqətən narahat etdi. Ona görə narahat etdi ki, dövlət qulluqçusu hesab edilən şəxs vətəndaşla hansı formada danışmaq lazım olduğunu hələ də bilmir. Təəssüf...

İcra hakimiyyətlərindən birinin məmuru  isə  sorğunun cavablandırlması üçün “adminstrasiyanın göstərişi lazımdır” deməsi isə əslində məni daha çox narahat etdi. Məmur xanım olduğundan rayonun adını qeyd etmirəm.  Xətai və Nizami RİH-də məktuba cavab hazırlansa da, Nəsimi RİH–dən isə "cavab hazırlanır" deyilsə də, onun  hələ də göndərilməməsi təəccülüdür. Yasamal RİH-ə  isə sorğu məktubu poctun günahı ücbatından gec çatdırılıb. 

Beləliklə, adıçəkilən  rayon icra hakimiyyətinin rəsmilərinin diqqətinə Azərbaycan Respublikasının Prezidenti   cənab  lham Əliyevin 30 sentyabr 2015-ci il tarixdə imzaladığı “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunun” bəzi maddələrini çatdırmaq istərdim. Qanunun   “Müraciətə baxılması müddəti” adlı  10-cu maddəsində qeyd edilir: 

“10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.”

Daha sonra 10.2 maddəsində qeyd edilir.

“10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.”

Qanunun sonuncu maddəsində isə qeyd edilir. 

“Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.”

Mənə maraqlıdır ki, hər bir rayonun icra aparatında olan “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” nə işlə məşğuldur. Niyə bilə-bilə qanunlarımıza qarşı hörmətsizlik edirlər. Mənə digər bir məqamda maraqlıdır. Yəni adıçəkilən şöbə  bu sorğu məktubunu hansı forma və məzmunlu cavabla “bağlayıb”. 

Düşünmək olar ki, bu iradımızdan sonra Binəqədi, Nəsimi, Suraxanı, Xətai, Nizami, Qaradağ RİH-in müvafiq şöbəsinin məmurları hərəkətə gələrək sorğu məktubumuzu cavablandıracaqlar. 

P.S. Ötən iki aylıq dövrdə həqiqətən inanılmaz tarixi hadisələrin, ən əsası ərazilərimizin bötövləşməsiylə bağlı Cənab Prezidentin komandanlığı və müzəffər ordumuzn şücaəti sayəsində inanılmaz tarix qələbənin şahidi olduq. Məhz bu səbəbdən mövzunu bir qədər “üzdən”  qələmə aldım. Ancaq bütün hallarda cavabları gözləyirəm və mövzu  hələ ki, açıq qalır. 

Vüqar Tofiqli 

Rəylər

0 Rəy


Rəy yaz