İnternet informasiya ehtiyatlarının BAMS proqramının yaradılması bələdiyyələrin fəaliyyətinin genişlənməsinə xidmət edir
Sədr: "Bələdiyyə iclaslarında daim vətəndaş müraciətləri müzakirə edilərək, icrası barədə qərar verilir"
Bələdiyyələr həmçinin vətəndaş cəmiyyətinin inkişafında da vacib rol oynayır
Bələdiyyə sədri: "BAMS-ın verdiyi imkandan yararlanmaqla büdcə gəlirlərimizi artırmağa çalışırıq"
Yasamal bələdiyyəsinin sədri sakinlərlə növbəti görüşü keçirib
Təmraz Tağıyev: "Bu gün bələdiyyə sistemi müstəqil Azərbaycanın dövlət quruculuğunda xüsusi yeri var"
Muxax bələdiyyəsi yeni bir layihənin icrasına başlayıb
Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilmiş I Mingəçevir Kitab Sərgisi təşkil olunacaq
Sədr: "Bələdiyyə olaraq əhalinin sosial rifahı üçün üzərimizə düşən vəzifələri yerinə yetirməkdə davam edəcəyik"
Təmraz Tağıyev: "Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir"
Bələdiyyə sədri təltif edilib
Ədliyyə naziri Gədəbəydə vətəndaş qəbulu keçirəcək

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Türk Dünyası Notariat Birliyi türk dövlətləri arasında notariat sahəsində
ən yaxşı təcrübələri paylaşmağa imkan verəcək
Xəbər verildiyi kimi, bu günlərdə Türkiyədə Türk
dünyası dövlətləri arasında yeni birlik – Notariat Birliyinin yaradılması
haqqında müvafiq Anlaşma Memorandumu imzalandı. Bununla bağlı tədbirdə iştirak
edən Azərbaycan Ədliyyə Nazirliyi nümayəndə heyətinin üzvü, Ədliyyə sahəsində
xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov medianın suallarını
cavablandırmışdır.
– Hörmətli İlqar müəllim, türk dövlətlərinin
notariusları arasında belə birliyin yaradılması ilə bağlı keçirilən tədbirin
iştirakçısı olaraq təəssüratlarınızı öyrənmək istərdik.
– Təşəkkür
edirəm. Məlum olduğu kimi, Türk dünyası coğrafi baxımdan geniş əraziyə malik
olmaqla Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğız
kimi ortaq tarixə köklərə malik türk dövlətlərini və xalqlarını bir-biri ilə
birləşdirir və bu gün onlar müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli
formatda uğurla əməkdaşlıq edirlər.
Burada
Türk ölkələri dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə
görüşündə imzalanmış Saziş ilə yaradılmış Türk Dövlətləri Təşkilatını xüsusi
qeyd etmək istərdim. Həmin təşkilat çərçivəsində əlaqələr 20-dən çox yüksək səviyyəli
toplantıların geniş çeşidi ilə fərqlənir. Artıq Ədliyyə Akademiyalarının Tədris
üzrə Türk Şəbəkəsi yaradılmışdır.
İndi
isə Türk Dünyası ölkələrinin notariusları arasında əməkdaşlığın genişləndirilməsi
məqsədilə yeni bir təşkilatın yaradılması qərara alındı. Bununla bağlı qardaş
Türkiyənin Ədliyyə Nazirliyinin yüksək səviyyədə təşkilatçılığı ilə Ankarada
mötəbər tədbir keçirildi və türk dövlətləri, o cümlədən insanlara hüquqi xidmələrin
göstərilməsində əməkdaşlıga önəm verən Azərbaycan orada ədliyyə naziri Fikrət Məmmədovun
rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olundu. Bütövlükdə türk
dünyasından 500-dək nümayəndə, həmçinin Türk Dövlətləri Təşkilatının məsul şəxsləri
bu tədbirdə iştirak edirdi.
Tədbirdə
türk dövlətlərinin ədliyyə, notariat orqanlarının rəhbərləri çox maraqlı
çıxışlar edərək notariat sahəsində təcrübələri ilə bölüşdülər. Bildirməliyəm
ki, Azərbaycanın bu sahədə nailiyyətləri, xüsusilə rəqəmsal innovasiyalar tətbiq
etməklə əhaliyə göstərdiyi çevik, asan və şəffaf notariat xidmətləri
iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Bu mənada
yeni yaradılan Notariuslar Birliyi türk dünyasının hüquq və ədliyyə seqmentinin
inkişafına və əlaqələrin möhkəmlənməsinə mühüm töhfə olmaqla türk dövlətləri
arasında notariat sahəsində ən yaxşı təcrübələri paylaşmağa, qurumlar arasında
işbirliyini inkişaf etdirməyə imkan verəcəkdir.
Türk
dövlətlərin notariat palatalarının rəhbər şəxsləri tərəfindən imzalanmış
Anlaşma Memorandumu çərçivəsində notariat qanunvericiliyinə və praktikalarına,
notariat xidmətlərinin keyfiyyətinin artırılmasına dair məlumat, təcrübə və
bilik mübadiləsi həyata keçiriləcək, bu məqsədlə notariat fəaliyyətləri və iş
prosedurlarını öyrənmək üçün qarşılıqlı məsləhətləşmələr, görüşlər,
simpoziumlar, seminarlar və tanışlıq səfərləri təşkil ediləcəkdir.
– Bəs aparılan notariat əməliyyatları türk
ölkələrində eyni hüquqi qüvvəyə malik olacaqmı, yəni, istənilən notariusda təsdiq
edilən hazır sənədi digər türk dövlətlərində əldə etmək mümkündürmü?
– Qeyd
etməliyəm ki, bu gün ölkəmizin notariatının imkanları ən yüksək standartlara
cavab verir. Bu sahədə tətbiq edilən qabaqcıl həllər və müasir avadanlıq vasitəsilə
notariuslar müxtəlif notariat hərəkətlərini elektron qaydada rəsmiləşdirmək
imkanına malikdirlər. Hər hansı hazır notariat sənədinin bilavasitə digər türk
ölkələrin notariat qurumlarında əldə olunmasına gəlincə, notariuslar arasında
qurulan bu yeni əməkdaşlıq formatında mövcud olan informasiya sistemlərinin inteqrasiya
hesabına şəbəkənin yaradılması və notariat sənədlərinin Birliyin üzvü olan dövlətlərin
notariat ofislərində əldə edilməsi məsələsinə gələcəkdə baxıla bilər.
Hazırda
isə ölkəmizdə notariat ofislərində təsdiq olunan sənədlər innovativ brendimiz
olan “Mobil notariat” vasitəsilə əldə olunur. Geniş populyarlığa malik və yüksək
məmnunluq doğuran bu tətbiq vasitəsilə insanlarımız dünyanın istənilən yerində,
o cümlədən türk dövlətlərində müxtəlif növ notariat xidmətlərindən fasiləsiz
rejimdə mobil telefonları ilə yararlana bilirlər.
Ölkəmizdə
investisiya mühitinin əlverişliyinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən
xarici sənədlərin məsafədən tərcümə edilməsi və notariat qaydasında rəsmiləşdirilərək
aidiyyəti orqana təqdim edilməsi elektron xidməti hazırlanmış və yaxın vaxtlarda
istifadəyə veriləcəkdir.
Elektron
xidmətlərin genişləndirilməsi çərçivəsində Azərbaycanda elektron imzalanmış sənədlərin
xaricdə təqdim edilməsini mümkün edəcək elektron apostil proqramının da istifadəyə
verilməsi nəzərdə tutulur.
Dövlət büdcəsi hesabına hər bir bələdiyyədə bələdiyyə hüququ ilə bağlı hüquqşünas ştatı yaradılmalıdır.
Deputat bələdiyyə işçilərinin peşə bayramının təsis edilməsini təklif edib
Bələdiyyələrin vergidən yayınan vətəndaşlara təsir mexanizmi olmalıdır - Deputat
Nazir müavini: Bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib
"Hər bir vətəndaş özünə məxsus olan əmlakdan bələdiyyəyə vergi ödəməlidir"-VÜQAR TOFİQLİ
Asif Əsgərov: "Nəsimi bələdiyyəsində sakinlərin istəklərinə uyğun olaraq bütün məsələlər həll edilir"
Bələdiyyələrin fəaliyyətinə dair 2024-cü il üzrə illik məruzə Milli Məclisə təqdim edilib
Tərlan İsmayılov: “Bələdiyyə vergiləri toplamaqla yox, həm də ..."
Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı rayon komitələrinə tövsiyə məktubu göndərilib
MSK dairələri üzrə daxil olan müraciətləri araşdırılması üçün DSK-lara göndərib
Rəylər
0 Rəy