Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2023 , 19:48

3620

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Türkiyə Respublikasının bələdiyyələri ilə yerli özünüidarəetmə sahəsində əməkdaşlıq genişlənir

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə üzvü və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması daim diqqətdə saxlanılır, xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsi aparılır.

Bu sahədə davam edən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin və bələdiyyələrin milli assosiasiyalarının birgə təşkilatçılığı ilə İstanbul Zeytinburnu və Gaziantep Şahinbey bələdiyyələrinin nümayəndələri ilə Azərbaycan bələdiyyələri arasında təcrübə mübadiləsi məqsədilə videokonfrans keçirilib.

Görüşdə Azərbaycan və Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, hər iki ölkədə yerli özünüidarəetmənin təşkili, fəaliyyəti və inkişaf xüsusiyyətlərinə dair faydalı fikir mübadiləsi aparılıb, bu sahədə yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün səmərəsi vurğulanıb.

Mərkəzin, bələdiyyələrin milli assosiasiyalarının və ölkə üzrə 60-dan çox bələdiyyə nümayəndələrinin iştirak etdiyi tədbirdə yerli iqtisadi, sosial, ekoloji proqramların hazırlanması, yerli idarəetmədə yeniliklər, texnologiyaların yerli demokratiyaya təsiri məsələləri, borcların bələdiyyə büdcəsinə ödənilməsi qaydaları, bələdiyyələr üçün dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, həyata keçirilən abadlıq, quruculuq işləri ilə bağlı müzakirələr aparılıb və elektron təqdimatlar nümayiş etdirilib.

Yerli sosial proqramlar çərçivəsində bələdiyyə yollarının tikilməsi və saxlanılması, yerli nəqliyyat rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması üçün həyata keçirilən layihələrlə bağlı müsbət təcrübələr paylaşılıb.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb və bu qəbildən görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

https://justice.gov.az/news/3625


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər