Barəsində cinayət işi açılan bələdiyyə sədri vəfat etdi
Salyan rayonun Şorsulu kənd bələdiyyəsinin sədri Famil Məmmədov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bələdiyyə sədri səhhətində qəfil yaranan problemlə əlaqədar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bu gün isə Şirvan rayonuna xəstəxanaya köçürülüb. O, əməliyyat olunacaqmış, lakin xəstəxanada ölüb.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü F.Məmmədov barəsində bir müddət əvvəl cinayət işi açılmışdı. Belə ki, ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.
https://qafqazinfo.az/news/detail/baresinde-cinayet-isi-acilan-belediyye-sedri-oldu-411281
Rəylər
0 Rəy