Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-08-2023 , 22:25

5951

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

 Səyyar görüşlərdə imla yazan məmurlarımız- REPLİKA

Dəfələrlə icra başçılarının  səyyar görüşləri barəsində fikirlərimi oxucularımla bölüşürəm. Bu görüşlərin indiki vaxtda keçirilməsinin siyasi əhəmiyyəti böyükdür. Ancaq yerlərdəki  bəzi məmurların diqqətsizliyi, bəlkə də məsuliyyətsizliyi ucbatından  sakinlərin bu görüşlərə olan inamı zərbə altına düşür.

Əslində səyyar görüşlərin təşkilindən başlamış, haqqında paylaşılan məlumatadək gedən proseslər məhz RİH məmurlarının diqqət mərkəzində olmalıdır.  

Lakin görüşlərdə daim eyni adamların iştirakı, bütün görüşlərin eyni ssenari ilə təşkili, icra başçısı tərəfindən  ortaya, minimum səviyyədə olsa da belə, səmimiyyətin qoyulmaması, görüşlər barəsində əvvəlcədən məlumatın paylaşılmaması, üstəlik bəzi siyasi rəhbərlərin demək olar ki, hər görüşdə yarım saat ərzində eyni mətn üzrə danışması əslində hər kəsdə narahatlıq yaratmaqdadır.   

Bu gün isə sosial mediada RİH-lərin səyyar görüşlərini izlədyim zaman  maraqlı bir şəkil diqqətimi çəkdi.

Deməli, paylaşdığım bu şəkil rayonların birinin  icra hakimiyyəti başçısının səyyar görüşündə çəkilib və sosial media platformasındakı səhifəsində paylaşılıb.

Mənə çox maraqlıdır, şəkli paylaşan məmur bu şəklə baxanda nə düşünüb. Heç fikirləşibmi ki, bəlkə bunu paylaşmayım.

Şəkil başdan ayağa özünə hörmət edən insanda, etiraf edim ki,  ikrah hissi yaradır. Özümü sanki bir anlıq  Şimali Koreyada, ən azı qonşu Türkmənistanda hiss etdim.

İcra başçısı sanki imla deyir, məmurlarda bir birlərinin bəhsinə yazırlar. Onlardan niyə soruşulmadı ki, nə yazırsınız, nəyi yazırsınız. Bu məqama diqqət yetirməli olan adam insan rayonun siyasi rəhbəri olmalı idi. Konkret.

Başqa söz tapmadığım üçün belə şəkli paylaşan RİH məmuruna konkret olaraq "ayıb olsun" deyirəm.

Belediyye.info

P.S. Hörmət əlaməti olaraq bu dəfə rayonun adını çəkmirəm 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025
810

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025
1240