Qəhrəmanlarımızla fəxr edirik!
Bələdiyyə sədri təltif edilib
Ədliyyə naziri Gədəbəydə vətəndaş qəbulu keçirəcək
İnternet informasiya ehtiyatlarının BAMS proqramının yaradılması bələdiyyələrin fəaliyyətinin genişlənməsinə xidmət edir
Sədr: "Bələdiyyə iclaslarında daim vətəndaş müraciətləri müzakirə edilərək, icrası barədə qərar verilir"
Bələdiyyələr həmçinin vətəndaş cəmiyyətinin inkişafında da vacib rol oynayır
Bələdiyyə sədri: "BAMS-ın verdiyi imkandan yararlanmaqla büdcə gəlirlərimizi artırmağa çalışırıq"
Yasamal bələdiyyəsinin sədri sakinlərlə növbəti görüşü keçirib
Təmraz Tağıyev: "Bu gün bələdiyyə sistemi müstəqil Azərbaycanın dövlət quruculuğunda xüsusi yeri var"
Muxax bələdiyyəsi yeni bir layihənin icrasına başlayıb
Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilmiş I Mingəçevir Kitab Sərgisi təşkil olunacaq

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi
Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi təbii ki, dahi şəxsiyyətin bütün istiqamətlərdə gördüyü işlərin, dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin, indiki və gələcək nəsillərə çatdırılmasında öz sözünü deyəcək. Bütün uğurlarımızın təməlində, Ümummill Liderin torpağa, Vətənə bağlılığı fonunda, atdığı addımlar, Azərbaycanı müstəqil görmək istəyindən qaynaqlanan təşəbbüsləri, qəbul etdiyi qərarları, ən əsası düşünülmüş və məqsədyönlü siyasəti dayanır.
Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyət, azərbaycançılığı dövlətçiliyə tətbiq etdi ki, bununla da, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.
Ulu öndər Heydər Əliyev sübut etdi ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Ona görə də, hər bir azərbaycanlı, öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Bunun üçün də biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik. Lakin, Ümummilli Liderin missiyası, yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin daimiliyinin, sarsılmazlığının təmin edilməsi kimi şərəfli vəzifəni yerinə yetirməklə məhdudlaşmadı.
O, nəinki, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən azərbaycançılıq ideologiyasını da yaratdı. Bununla da, Ümummilli Liderin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” çağırışın etməsi, hal-hazırda da bütün dünya azərbaycalılarının həyat amalına çevrilib.
Tarix sübut etmişdir ki,keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalqlar daim tarixin sərt sınaqlarından üzüağ çıxır, davamlı inkişafı ilə diqqət mərkəzində olur. Ona görə də, Azərbaycan xalqı bu gün , təsadüfü deyil ki, dünyanın 10 xoşbəxt ölkəsi sırasında yer alıb. Zəngin tarixə, mədəniyyətə, ədəbiyyata, milli mənəvi dəyərlərə malik olan xalqımız, bütün dövrlərdə tarixinə sahib çıxmış, onu parlaq səhifələri ilə daha da zənginləşdirməyi bacarmışdır.
Müasir Azərbaycan dövlətinin qurucusu olan, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, bu mühüm məqamın şahidi olarıq. O, daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi, zamanın ağır və sərt sınaqlarından çıxararaq, bu gün hər sahədə təcrübəsi nümunə olan, beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan ölkəmiz üçün möhkəm təməl formalaşdırdı.
Bildiyimiz kimi , hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə, milli mənəvi dəyərləri ilə ölçülür. Məhz buna görə də, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra ilk görüşünü, ziyalılarla keçirtdi ki, bununla da böyük əhəmiyyətə malik, bu günümüzə və gələcəyimizə dəqiq hesablanmış mühüm addım atdı.
Bu gün Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən danışarkən, azərbaycançılıq ideologiyasının özündə birləşdirdiyi, milli dəyərlərə diqqət yetirməyimiz səbəbsiz deyildi.Bir Xalqı, dövləti dünyaya tanıdan siyasəti ilə yanaşı, onun zəngin milli ideologiyasıdır. Azərbaycançılıq məfhumu genişdir. Onun təbliği, hər birimizin vətəndaşlıq borcudur. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, əgər hər hansı bir ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur!Məhz Azərbaycan belə məmləkətlərdəndir!
Rafiq Duman oğlu Məstəliyev
Füzuli Rayon Statistika İdarəsinin rəisi
Rəylər
0 Rəy