Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-04-2023 , 19:51

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bərdə regional ədliyyə idarəsi tərəfindən Ağcabədi bələdiyyələrinin üzv və qulluçuları üçün seminar keçirilib

Bərdə regional ədliyyə idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik göstərilməsi məqsədi ilə 2023-cü ilin birinci yarımilinə dair seminarlar qrafikinə uyğun olaraq  14.04.2023-cü il tarixdə idarənin yurisdiksiyasına daxil olan Ağcabədi rayonu üzrə bələdiyyələrin üzv və qulluqçuları ilə seminar keçirilmişdir. Seminarda “Azərbaycan Respublikasında 2023-cü İlin “Heydər Əliyev İli” elan edilməsi haqqında” və “Suşa şəhərinin 2023-cü İlin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarından irəli gələn vəzifələr, habelə “Yerli büdcə gəlirlərinin artırılması və onlardan səmərəli istifadə sahəsində 2022-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr”, “Müasir çağrışlar fonunda bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ şərait yaradan hərəkət və ya hərəkətsizlikləri barədə” və sair mövzularda çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş, seminar iştirakçılarının sualları cavablandırılmışdır. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
01-11-2023