Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-11-2023 , 21:41

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Ulu öndərin xatirəsinə həsr olunmuş yeni nəşr  bələdiyyənin dəstəyi ilə işıq üzü görüb


   Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi  haqqında  Azərbaycan  Respublikası Prezidentinin məlum Sərəncamından irəli gələrək nəşr olunan teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin  “Milli  mədəniyyət  tariximiz   Heydər   Əliyev  ideyalarında” adlı yeni  kitabı  işıq  üzü  görmüşdür. 

Yeni  nəşr  Ulu  öndər  Heydər  Əliyevin  100  illik  yubileyi  ərəfəsində onun  Azərbaycan  mədəniyyətinə  göstərmiş  olduğu  diqqət  və  qayğısından  bəhs  etməklə  əziz  xatirəsinə  həsr  olunur.  Kitabın  redaktorluğu  Sailə  Məhərrəmqızına,  tərtibatı Zibər İsayevaya, üz qabığının tərtibatı isə Ariz Babayevə   məxsusdur.  Kitab  “STAR” çap  evində  nəşr  edilmişdir.

Qeyd edək ki, yeni  nəşr  Nizami  (Gəncə)  Bələdiyyəsi,  Kəpəz  (Gəncə)  Bələdiyyəsi  və  Dağlıq  Şirvan  Regional  Mədəniyyət  İdarəsinin  maliyyə  dəstəyi  ilə  nəşr  edilib.

Xatırladaq  ki, teatrşünas-tənqidçi  Anar   Ərtoğrul  Burcəliyev  bundan  öncə  “Əsl el adamı”, “Səhnə həyat nurumdur”, “Azərbaycan kinosunun tarixi və inkişafı”, “Qoşa qanad”, “Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim”- I və II – cildlər, “Onun dünyası”, “Xalq şairi olmayan, xalqın şairi”, “44 günlük  Zəfər  tarixinin Gəncə şəhidləri”, “Qalib əsgərin hekayəti” və “Qalib  əsgərin  hekayəti – Göygöl rayonu”  adlı kitabları ilə oxucularının görüşünə  gəlmişdir.

Rəylər

0 Rəy


Rəy yaz