Sevinc Atayeva: “Fəaliyyətimiz dövründə əsas məqsədimiz sakinlərə layiqincə xidmət etməkdir”
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə verilməsi, cari ilin “Yaşıl dünya naminə həmrəylik ili”
elan edilməsi ilə bağlı Şağan bələdiyyəsinin tədbirlər planına üyğun olaraq
növbəti layihənin icrası həyata keçirilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən
bələdiyyənin sədri Sevinc Atayeva deyib.
Sədrin sözlərinə görə, bələdiyyənin təsdiq etdiyi iş planından irəli
gələn məsələlərin icrası ilə əlaqədar Şağan Bələdiyyəsinin təşkilatçılığı və Bakı ŞİH-nin
Yaşıllaşdırma İdarəsinin Xəzər rayonu üzrə nümayəndəliyinin iştirakı ilə
124 saylı məktəbin həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Şagirdlərin rahat və təhlükəsiz şəkildə hərəkətini
təmin etmək məqsədi ilə mövcud yaşıllıqlarda budama işləri aparılıb və ağaclara
aqrotexniki qulluq olunub, həmçinin ərazi zibil tullantılarından da təmizlənib.
Şağan bələdiyyəsi olaraq fəaliyyətimiz dövründə əsas məqsədimiz sakinlərə layiqincə xidmət etməkdir.
Belediyye.info
Rəylər
0 Rəy