Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-11-2024 , 14:29

246

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mikayıl Məmmədov: “”İnteqrasiya” büdcə gəlirlərimizə  öz müsbət təsirini göstərməkdədir”

“Cari ilin oktyabr ayı ərzində Maştaga bələdiyyəsinin vergi yığımının həcmi  36.248 manat olub” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyəsinin sədri Mikayıl Məmmədov bildirib.

Sədr bildirb ki, ötən ilin müvafiq dövründə isə əldə olunan vəsaitin həcmi isə 27.668 manat olmuşdu. 2023-cü ilin müavafiq dövrü ilə müqayisədə büdcə gəlirlərində  32.5% -lik artım olub.

Sədr qeyd edib ki, bu artımın əsas səbəbi yenilənmiş BAMS proqramının hesabına olub. Üstəlik,  ötən ilin sonlarından Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi, milli bələdiyyə assosiasiyalanın təşkilatçılığı ilə BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bizim büdcə gəlirlərimizə  göründüyü kimi öz müsbət təsirini göstərməkdədir.

Belə ki, 2019-cu ildə ay ərzində ortalama 28 min manat əldə olunurdusa, cari ildə ay ərzində ortalama 35-40 min manatdan artıq vəsait yığılır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər