Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-11-2024 , 21:52

346

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Habil Həmidov: “Məqsədimiz sakinlərə layiqincə xidmət etməkdir”

“Son 5 (beş) il ərzində Binə bələdiyyəsi tərəfindən xeyli sayda vətəndaş qəbul edilmişdir. İl ərzində vətəndaşlardan daxil olan şikayət və müraciətlər 456-08-98 telefon nömrəsi ilə qeydə alınır, həmçinin ərizə və məktublarla müraciət edən vətəndaşların qəbulu qanunamüvafiq şəkildə aparılır, qəbulda olan vətəndaşların müraciətləri diqqətlə dinlənilir və  bələdiyyədə mümkün olan məsələlər qısa müddətdə həll edilir. Həlli bələdiyyə tərəfindən mümkün olmayan məsələlər barədə aidiyyatı qurumlara məlumat verilir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Binə bələdiyyəsinin sədri Habil Həmidov bildirib.

Sədrin sözlərinə görə, 2019-cu ildə 371 nəfər, 2020-ci ildə 320 nəfər, 2021-ci ildə 745 nəfər, 2022-ci ildə 913 nəfər, 2023-cü ildə 710 nəfər, 2024-cü ilin on ayı ərazində 680 nəfər qəbul edilmişdir.

Vətəndaşların müraciətləri bələdiyyənin komissiya üzvləri tərəfindən əsaslı şəkildə araşdırılır, hər ay bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən iclasda sakinlərin qaldırdığı məsələlər  müzakirəyə çıxarılır, protokollaşdırılaraq Bələdiyyələrlə iş Baş idarəsinə göndərilir, bu istiqamətdə qanunauyğun tədbirlər görülür və nəticəsi barədə vətəndaşlara şifahi yaxud yazılı cavablar yazılaraq məlumat verilir.

Sədr qeyd edib ki, məqsədimiz sakinlərə layiqincə xidmət etməkdir. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər