Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2024 , 19:28

841

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: “Səbail bələdiyyəsinin digər bələdiyyələrdən fərqli cəhəti ondan ibarətdir ki...”

“2021-ci illə müqayisədə bələdiyyənin büdcə gəlirləri  hazırda  iki dəfəyədək artıb. Belə ki,  2021-ci illə il ərzində 676.175 manat əldə edilmişdirsə, ötən il bu rəqəm 1.166.216 manata bərabər olub. Və bu rəqəmlə Səbail bələdiyyəsi “milyonluq” maneəni keçən Xətai, Nərimanov, Yasamal və Nəsimi bələdiyyələrindən sonra beşinci bələdiyyə olub”- bu fikirləri Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bildirib.

Sədrin sözlərinə görə, hazırda bələdiyyə büdcəsinin əsas gəlir hissəsi mehmanxana rüsumunun ödənişi ilə bağlıdır. Yəni büdcə gəlirlərinin 55 faizi məhz bu istiqamətdən daxil olur. Başqa maraqlı və diqqətiçəkən məqam ondadır ki, ölkə bələdiyyələrin mehmanxana rüsumları ilə bağlı əldə etdikləri maliyyə vəsaitinin 33 faizi, paytaxt bələdiyyələrinin isə 42 faiz hissəsini Səbail bələdiyyəsi əldə edib.

Səbail bələdiyyəsi əmlak və torpaq vergisinin həcmini 2021-ci illə müqayisədə  57 faiz artırıb.  Bu gün bələdiyyə 327 min manatlqı əmlak vergisi, 21 min manatlıq torpaq vergisi toplaya bilib.

Hazırda bələdiyyədə  yenilənmiş BAMS proqramına vergi ödəyicilərinin qeydiyyatı başa çatdırılmaq üzrədir. 2021-ci ildə 12 min vergi ödəyicisi haqqında məlumatlar yerləşdirildiyi halda ötən il bu rəqəm 16 mini keçib.

2023-cü ilin  sonlarından tətbiq edilən yenilik isə vergi xidmət əməkdaşlarının ürəyincə olub. Belə ki, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşəbbüsü və milli bələdiyyə assosiasiyalarının təşkilatçılğı, “Bələdiyyələrin onlayn xidmət“ mərkəzinin iştirakıyla BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyə üçün mühüm rol oynayıb.

Sədr qeyd edib ki, Səbail bələdiyyəsinin digər bələdiyyələrdən fərqli cəhəti ondan ibarətdir ki, bu bələdiyyənin üzvlərinə ölkənin birinci şəxsi səs verib. Məhz bu məsuliyyət hissi bir ara  itirilsə də, artıq 2015-ci ildən başlayaraq  bələdiyyənin ilkin dövrdə formalaşmış nüfuzunun bərpası üçün addımlar atılmaqdadır. Bu gün bələdiyyənin çəki və nüfuzunun artması, sakinlər arasında ciddi bir orqan kimi tanınmasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun da dəstəyinin olması danılmazdır.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər