Binəqədi bələdiyyəsi növbəti sosial aksiya keçirib
“Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə bələdiyyənin üzv və qulluqçularının iştirakıyla 2024-2025-ci dərs ilinin başlanması və Bilik günü münasibətilə rayon ərazisində yaşayan şəhid ailələri ziyarət edilmiş, övladlarına məktəbli formaları hədiyyə edilmişdir”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov bildirib.
Sədrin sözlərinə görə, layiə çərçivəsində rayon ərazisində yaşayan aztəminatlı ailələrin övladlarına da məktəbli formaları hədiyyə edilmişdir.
Qeyd edək ki, məktəblilər və valideynlər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiiblər.
Belediyye.info
Rəylər
0 Rəy