Nurel Kərim “İlin peşəkar gənci” seçilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən
2023-ci ilin nəticələrinə görə “İlin peşəkar
gənci” fəxri adına layiq görülənlər sırasında
Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Səbail rayon komitəsinin
sədri Nurel Kərim Rövşən oğlu da var. Bu gün Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar
İttifaqı Respublika
Komitəsinin məsul əməkdaşı Məhəmməd Kərimov istedadlı gəncə AHİK-in fəxri diplomu, döş
nişanı və vəsiqəsi təqdim edib.
Belediyye.infonun məlumatına görə, “İlin peşəkar gənci” adına layiq görülmüş gənci təbrik edən Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul əməkdaşı M. Kərimov dövlətimizin gənclər siyasətindən danışıb, ölkəmizdə gənclərin inkişafı üçün yaradılmış şəraitdən bəhs edib. Nurel Kərim onun əməyinə verilən qiymətə görə təşəkkürünü bildirib.
Rəylər
0 Rəy